AZE | RUS | ENG |

Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir

Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
ABŞ Prezidenti Donald Tramp Yeddilər qrupunun (G7) avqustun 24-26-da Fransanın Biarritz şəhərində keçiriləcək sammiti meydanlarında danışıqların çox məhsuldar olacağını gözlədiyini deyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Amerika lideri bu barədə Fransaya uçmazdan öncə Ağ evin cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib.
"Hesab edirəm ki, sammit çox məhsuldar alınacaq”, - deyə Donald Tramp suallara cavab verərkən qeyd edib.
KIV-də yayılan məlumatlara görə, Zirvə görüşünün əsas mövzusu bərabərsizliklə mübarizə olacaq. Sammitdə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi problemləri müzakirə edəcəklər. Dövlət başçılarının, həmçinin Ukrayna, Suriya, İran və Brexit kimi mövzulara toxunacağı gözlənilir.
Zirvə toplantısına BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə birgə Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliya liderləri də dəvət edilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973