• çərşənbə axşamı, 19 mart, 11:27
  • Baku Bakı 8°C

Deputatdan təklif: Regionlarda ipoteka faizi aşağı salınsın

12.11.19 18:10 2233
Deputatdan təklif: Regionlarda ipoteka faizi aşağı salınsın
İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: "Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın”.
Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: "Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm”.
banner

Oxşar Xəbərlər