• şənbə, 27 Aprel, 01:34
  • Baku Bakı 14°C

Deputat: Neftin qiyməti yüksək olarsa...

05.03.21 16:15 448
Deputat: Neftin qiyməti yüksək olarsa...
Neftin qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq.
Kaspi.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Səudiyyə Ərəbistanı ilə "OPEC+” ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi. Artıq "Brent” markalı neftin bir barrelinin qiyməti 67 dollardan baha satılır. Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+” ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək.
Gündəlik neft ixracı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+” anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”, - deyə deputat qeyd edib.
banner

Oxşar Xəbərlər