• çərşənbə axşamı, 16 aprel, 10:25
  • Baku Bakı 14°C

Depardye: “Əbülfəs Qarayevin evi əsl incəsənət nümunəsidi”

24.10.13 13:41 1601
Depardye: “Əbülfəs Qarayevin evi əsl incəsənət nümunəsidi”
FİFA-nın 100 illik yubileyindən bəhs edən filmin çəkilişlərində iştirak etmək üçün Bakıya gələn məşhur fransız aktyoru Jerar Depardye Publika.az-a müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, aktyor müsahibəsində maraqlı fikirlər səsləndirib.
O, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayelə görüşündən danışıb: “Mən nazir Əbülfəs Qarayevlə onun dəniz yaxınlığındakı evində görüşdüm. Onun sahildəki evi əsl incəsənət nümunəsidi. Mən həmçinin muzeylərə, bir sıra yeni tikililərə getdim. Azərbaycan barədə çox yaxşı təəssüratlar topladım”.
Jerar Depardye Azərbaycana Tale Heydərovun dəvəti ilə gəldiyini deyib: “Bizim ideyanın bu hissəsini Azərbaycanda dəstəklədilər. Cənab Tale Heydərov ssenarinin Azərbaycanla bağlı hissəsinin yazılmasına maliyyə dəstəyi göstərdi. Daha sonra biz Azərbaycana səfər etdik, mən cənab Heydərovun oğlanları ilə yaxından tanış oldum. Başa düşdüm ki, onlar bir qurucudurlar. Tale Heydərov bir çox böyük layihələrin müəllifidi. Məni maraqlandıran məsələlərdən biri də ekoloji enerjidi. Azərbaycan kimi intensiv neft hasil edən ölkə ekoloji məsələlərə diqqət yetirməlidi. Bu baxımdan quruculuq, tikinti işləri ilə məşğul olanda artıq biz daima təbiəti də fikirləşməliyik”.
Jerar Depardye Azərbaycan sərhəd keçid məntəqəsi və yol polisləri ilə bağlı iradını da bildirib: “Mən Qazaxıstanda iki ay oldum, sonra Gürcüstana getdik. Biz maşınla Azərbaycana gəldik, Gürcüstan-Azərbaycan sərhədində xeyli gözləməli olduq. Gürcüstan tərəfdə hər şey normal idi. Azərbaycan tərəfindən danışsam, bu, bir roman olar… Bunun şəklini çəkmək lazım idi, maşınların uzun bir növbəsi var idi. Mən ümid edirəm ki, formalaşan yeni hökumətdə bu məsələləri həll edəcəksiniz. Sonra yollar yaxşı idi. Düzdür, arada yol polisi saxlayıb bizi ləngidirdi...”.
Jerar Depardye Azərbaycanda keçirilən seçkilərə də münasibət bildirib: “Mən eşitdim ki, bu yaxınlarda sizdə seçki olub. Avropada bəzi adamlar bunu tənqid edrlər. Bu, axmaqlıqdı. Kimsə müxalifətdən durub deyir ki, seçkilər qanun pozuntuları ilə olub, Putin diktatordu və hamı da ona inanır, əl çalır. Vaxtilə Avropa ölkələrinin prezidentləri Qəddafini böyük hörmətlə qarşılayırdılar. Nə oldu? Baxın, indi Misirin halına, kim ora rəhbərlik edir? Tunisə, Liviyaya nəzər salın. Hər şey indi Suriyada başlayıb. Bəs, İraqda silahsız adamları öldürən ABŞ diktator deyil?! ABŞ dünyanın bir çox yerində müharibə aparır, indi də Bəşər Əsəd hədəfdədi. Məgər, bu, demokratiyadı? Bütün bu kimyəvi silahlar hardandı? Səddam Hüseyn kimyəvi silahı kimdən alırdı? Fransa və ABŞ-dan. ABŞ dünyada ən çox silah satan istehsalçı ölkədi. Hər şeyin bu şəkildə təqdimatında medianın günahı çoxdu”.
banner

Oxşar Xəbərlər