AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dəmir yolu ilə sərnişindaşıma 72,3 faiz artıb

Dəmir yolu ilə sərnişindaşıma 72,3 faiz artıb

İqtisadiyyat
29 Mart 2020, 18:15 242
Cari ilin yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı ilə 838,2 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşımada 72,3 faiz artım olub.
Bundan başqa, dəmir yolu nəqliyyatı ilə orta hesabla sutkada 339 vaqon yüklənib, 342 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 15,3 min ton, qərb istiqaməti üzrə 3,4 min ton, cənub istiqaməti üzrə 1000 ton yüklənmə işi yerinə yetirilib.