• çərşənbə axşamı, 23 aprel, 17:58
  • Baku Bakı 24°C

Daha 3 partiya qeydiyyatdan keçib

30.06.20 17:47 582
Daha 3 partiya qeydiyyatdan keçib
"Son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib".
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
banner

Oxşar Xəbərlər