AZE | RUS | ENG |

Ceyms Bond haqqında yeni filmin adı açıqlanıb

Ceyms Bond haqqında yeni filmin adı açıqlanıb
Britaniya kəşfiyyatının agenti Ceyms Bond haqqında 25-ci film "No time to die” ("Ölmək vaxtı deyil”) adlanacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "agent 007” rolunda Deniel Kreyq çəkilib. Bundan başqa, yeni filmin Böyük Britaniya və ABŞ-da premyerasının 2020-ci il aprelin 3-də və 8-də baş tutacağı bildirilir.
Bu ilin aprelində məlum olmuşdu ki, "Bondiananın” 25-ci seriyasında Deniel Kreyqlə yanaşı, amerikalı aktyor Rami Malek, fransalı aktrisa Lea Seydu, həmçinin britaniyalılar Reyf Fayns və Ben Uişou çəkilirlər. Filmdə, həmçinin Bondun istefası ilə bağlı Mi-6-nın yeni agenti də peyda olacaq. Onu britaniyalı aktrisa Laşana Linc canlandıracaq. Yeni filmin adı bütün bu müddət ərzində gizli saxlanılırdı.
"Bondiananın” birinci filminin premyerası 1962-ci il oktyabrın 8-də Londonda olub. Ceyms Bond haqqında filmlərin bütün çəkilişləri tarixində "agent 007”ni altı aktyor canlandırıb: Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006