• cümə, 19 Aprel, 11:27
  • Baku Bakı 13°C

Ceyhun Bayramov: "Danışıqlar prosesi Ermənistanın təxribatçı və məsuliyyətsiz davranışı səbəbindən dalana dirənib"

15.09.20 20:20 563
Ceyhun Bayramov: "Danışıqlar prosesi Ermənistanın təxribatçı və məsuliyyətsiz davranışı səbəbindən dalana dirənib"
Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.
Xarici İşlər NazirliyindənAPA-ya verilən xəbərə görə, Ceyhun Bayramov Azərbaycan və Fransa arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan mübadilə və təmasların qarşılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub.
Səfir Zakari Qros Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xarici İşlər nazirinin Azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.
banner

Oxşar Xəbərlər