AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cari ildə qlobal neft tələbatı 1,2 milyon barrel artacaq

Cari ildə qlobal neft tələbatı 1,2 milyon barrel artacaq

İqtisadiyyat
15 May 2019, 15:15 264
Bu il Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft tələbatının 300 min barrel artaraq gündəlik 30 milyon 600 min barrel olacağı planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-ə görə, cari ildə qlobal neft tələbatı isə ötən illə müqayisədə 1 milyon 210 min barrel çoxalaraq sutkada 99 milyon 940 min barrel təşkil edəcək.