AZE | RUS | ENG |

Bu ilin 6 ayında ticarət dövriyyəsində yüksək göstərici qeydə alınıb

Bu ilin 6 ayında ticarət dövriyyəsində yüksək göstərici qeydə alınıb
Bu ilin birinci yarım ilində Azərbaycanla Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 410 milyon dolları keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon dollar çoxdur.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, altı ayda Azərbaycandan Ukraynaya 186,6 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 215,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946