• cümə, 19 Sentyabr, 02:30
  • Baku Bakı 17°C

Bu ay 8 milyon tibbi maska istehsal olunacaq

01.12.20 15:53 514
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Sumqayıt Kimya-Sənaye Parkında yerləşən "Bakı Tekstil Fabriki” MMC dekabr ayında 8 milyon tibbi maska istehsal etməyi planlaşdırır.
Bunu Trend-ə "Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, müəssisə gündə 400 min tibbi maska istehsal edir:
"Tibbi maskalara tələbat gündən-günə artır. Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir”.
O bildirib ki, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib.
banner

Oxşar Xəbərlər