AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BTC ilə ötən ay 3,3 mln. tona yaxın neft nəql edilib

BTC ilə ötən ay 3,3 mln. tona yaxın neft nəql edilib

İqtisadiyyat
18 Fevral 2020, 10:07 1236
Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 3 251,4 min ton neft nəql edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 80,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 628,4 min ton neft ötürülüb (2018-ci ilin yanvar ayı ilə müqayisədə 6,6% azalma).
"Dövr ərzində BTC kəməri ilə 382,3 min ton tranzit nefti də (11,5% azalma – red.) nəql edilib”, - məlumatda qeyd edilir.
Qeyd edək ki, Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Xatırladaq ki, "BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC” (25%), "Chevron” (8,9%), "Equinor” (8,71%), TPAO (6,53%), "Eni” (5%), "Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil” (2,5%) və "ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.