• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Brüssel parkları ziyarətçilər üçün bağlanılıb

01.10.19 09:45 762
Brüssel parkları ziyarətçilər üçün bağlanılıb
Meteoroloqların güclü külək proqnozları ilə əlaqədar Belçika paytaxtının hakimiyyət orqanları şəhər parklarının bazar günü axşamdan bazar ertəsi günortayadək ziyarətçilər üçün bağlanmasına qərar veriblər. Külək sakitləşdikdən sonra parklar yenidən ziyarətçilərin üzünə açılacaqdır. Lakin bu, təbii fəlakətin vurduğu zərərin dərəcəsi müəyyən edildikdən sonra baş verəcək.
Şəhər hakimiyyət orqanları sakinlərə güclü külək zamanı yüksək ağacların olduğu zonalardan, o cümlədən park və meşə massivlərindən uzaq durmağı məsləhət görüb. Çünki yıxılmış budaqlar və kökündən qopmuş ağaclar zədə və ölüm hallarına səbəb ola bilər.
AZƏRTACxəbər verir ki, yaşıl zona boyunca çəpərlər quraşdırılıb və insanlara həmin sahələrə girməmələri barədə xəbərdarlıqlar asılıb. Parkların yegerləri də şəhər əhalisini məlumatlandırmada yardım edirlər.
banner

Oxşar Xəbərlər