• çərşənbə axşamı, 16 aprel, 23:49
  • Baku Bakı 18°C

“Bizimlə OL” layihəsinin mentorluq proqramı uğurla davam edir

04.08.20 14:05 923
“Bizimlə OL” layihəsinin mentorluq proqramı uğurla davam edir
Mingəçevir, Bərdə, Ağdam, Tərtər və Beyləqan rayonlarında yaşayan tipik gənclər və məhdudiyyətli gənclər arasında sosial inkluzivliyin təmin olunmasına və inkişaf etdirilməsinə, məhdudiyyətli gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasına, gənclərin bilik, bacarıqlarının inkişaf etdirilməsinə, daxili potensiallarının üzə çıxarılmasına və gücləndirilməsinə fokuslanmış və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Bizimlə OL” layihəsinin mentorluq proqramı uğurla davam etməkdədir.
Mentorluq proqramının əsas məqsədi "Bizimlə OL” layihəsinin təlimlərində iştirak edən 50 tipik və 20 məhdudiyyətli gəncin bilik və bacarıqlarının artırılması, onların daxili potensiallarının gücləndirilməsidir. Nəzərdə tutulmuş 40 saatlıq mentorluq proqramının iyul ayı üçün olan hissəsi yekunlaşmış və avqust ayı üçün olan hissə davam etməkdədir. Mentorluq proqramı iştirakçıların öyrənmək istədikləri mövzular əsasında hazırlanmış və təkmilləşdirilmişdir. İyul ayında gənclərə mütəxəssislər tərəfindən gənclərin iştirakçılığı, psixologiya, sosial teatr, gender mövzularında 2 saatlıq informativ və interaktiv onlayn təlimlər keçirilmişdir. Təlimlər zamanı iştirakçılar mövzular barədə yeni məlumatlar əldə etmiş, aktiv iştirak edərək təlimçilər birgə fikir mübadiləsi aparmış və onları maraqlandıran suallara ətraflı cavab əldə etmişlər. Təlimlərdən başqa gənclərlə birlikdə sosial inkluzivlik, inkluziv cəmiyyət, məhdudiyyətli şəxslərin hüquqları mövzusunda qısametrajlı filmlərə baxılmış və müzakirəsi həyata keçirilmişdir.
Avqust ayı üçün nəzərdə tutulan hissədə gənclərə mütəxəssislər tərəfindən kouçinq, karyera planlaşdırılması, CV yazılması, müsahibəyə hazırlıq, motivasiya, sosial sahibkarlıq, sosial inkluzivlik, emosional intellekt, ekologiya, natiqlik və s. kimi mövzularda onlayn təlimlər həyata keçiriləcəkdir.
banner

Oxşar Xəbərlər