“Biz birlikdə güclüyük!”
Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin səslədnirdiyi bu fikrə dəstək
nümayiş etdirir
Ötən həftə
Bakıda Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı daha bir müasir səhiyə
obyektinin – "Yeni klinika” tibb müəssisəsinin açılış mərasimi olub. Mərasimdən
sonra həkim kollektivi ilə görüşən dövlət başçısı pandemiya başa çatana qədər
bu səhiyyə müəssisəsində yalnız koronavirus xəstələrinin müalicə alacağına diqqət
çəkib. Bildirib ki, hətta ən inkişaf etmiş ölkələrdə belə, bu xəstəliklə
mübarizədə böyük problemlər yaşanır. Prezident İlham Əliyev deyib ki,
koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün Azərbaycanda ən
müasir və gözəl xəstəxana onların ixtiyarına verilir. Koronavirusla mübarizə
sahəsində görülən tədbirlərdən söhbət açan ölkə rəhbəri vurğulayıb ki, dövlət
bu istiqamətdə bütün işləri görür. Koronavirusla Mübarizəyə Dəstək Fondunun
yaradıldığını, Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu
fonda ianə verildiyini xatırladan dövlət başçısı onu da əlavə edib ki, Fonda
ayrı-ayrı şirkətlər, vətəndaşlar tərəfindən ianələr verilib.O, bunu əsl vətənpərvərlik
və həmrəylik nümayişi kimi dəyərləndirib: "Elə adam var ki, bir manat köçürür.
Ona "Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli,
onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz böyük xalqıq, ən ağır
dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik
başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş
etdiririk”.
Prezident
İlham Əliyevin səslədnirdiyi
"Biz birlikdə güclüyük!” fikrinə, eyni zamanda koronavirusla mübarizədə əsl fədakarlıq
nümayiş etdirən həkimlərimizə dəstək olaraq Azərbaycanda müxtəlif aksiyalar
keçirilməkdədir. Azərbaycanın müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri”ndə
"Biz birlikdə güclüyük!”, "Azərbaycan həkimlərinə eşq olsun!”, "Evdə qal Azərbaycan!”
kimi şüarların əks olunması belə aksiyalardan biridir. Ölkə ictimaiyyəti də
aksiyaya qoşulmaqla həmrəylik nümayiş etdirməkdədirlər.Milli Məclisin
deputatı Naqif Həmzəyev mövzu ilə bağlı bildirib ki, koronovirus
pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Prezident İlham Əliyevin
çevik qərarları, önləyici təhlükəsizlik tədbirləri ölkə vətəndaşlarının hər
birinin sağlamlığının qorunmasına hesablanıb: "Qloballaşma proseslərinin sürətlə
getdiyi XXI əsrin yeni bəlası - koronovirus pandemiyası çox qısa zaman kəsiyində
sərhəd tanımadan dünyanı ağuşuna almaqda davam edir. Dünyada iqtisadi, mədəni və
humanitar əlaqələr, turizm və nəqliyyat strukturu dondurulub, beynəlxalq
biznes, idman və s. kütləvi tədbirlər təxirə salınıb, insanlar koronavirus təhlükəsindən
qorunmaq üçün karantin rejiminə məhkum olub. Üç ay ərzində bütün dünyaya
"ayaq açan” yeni virus insanların həyatını təhdid etməklə yanaşı, yer kürəsi
ölkələrinin iqtisadiyyatı, dövlət rəhbərlərinin qərar qəbulunda çevikliyini
sınağa çəkib. Belə çətin vaxtda Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər
Kabineti yanında Operativ Qərargahın yaradılması, mübarizə tədbirləri üçün
külli miqdarda vəsaitin ayrılması, Fərman və sərəncamların imzalanması, bütün səviyyələrdə
önləyici tibbi və sosial tədbirlərin həyata keçirilməsi, virusun kütləvi şəkildə
yayılmasının qarşısını alan addımlardır. Prezident İlham Əliyevin "Biz
birlikdə güclüyük!” şüarı ilə ölkəmizdə əhalinin infeksiyadan qorunmasına yönələn
kompleks tədbirlər həyata keçirilir. Bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin
öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir”.
Millət vəkili
bildirib ki, Azərbaycan ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi
- bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin dövlət və özəl sektora aid
qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələrinin tələb
olunması effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb etməklə
yanaşı, ölkə iqtisadiyyatına böyük zərbə olub. Onun sözlərinə görə, virusun
milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq, böhranın Azərbaycana təsirini
azaltmaq üçün hökümətin dəstək proqramı hazırlaması, indiki şəraitdə hər bir vətəndaşın,
hər bir sahibkarın yanında olması, öz dəstəyini göstərməsi ölkəmizin bu
sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacağına zəmanət verir. N.Həmzəyev
deyib ki, bu gün koronovirus pandemiyasının dünyanı ağuşuna almaqda davam
etdiyi bir vaxtda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik
tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir, vətəndaşların
sosial müdafiəsi ilə bağlı paket hazırlayır. Deputatın qənaətincə, bu,
pandemiyanın ölkəmizə təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi
qoruyacaq.
Milli Məclisin
deputatı Sahib
Alıyev Prezident İlham Əliyevin
səsləndirdiyi fikirləri "Facebook” profilində bir daha xatırlatmaqla yuxarıda
qeyd edilən aksiyaya dəsyəyini ifadə edib: "Bu sınaq günlərində yanğını söndürmək
üçün dimdiyində su aparan göyərçin məntiqi-məsuliyyətiylə çıxış edən sadə
soydaşlarımızın hərəkətlərini Prezidentimiz dəqiq və yüksək qiymətləndirdi:
"Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu
yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu
fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən
axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon
manatyığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən
ianələrdir.... Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər.
Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona
"Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun
imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha
demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik”.
Siyasi şərhçi
Aydın Quliyev bildirib ki, insanlar xüsusilə dövlət başçısının məsuliyyət
və həmrəylik çağırışlarındakı ümumi təhlükəsizlik mənafelərinə uyğunluğu dərk
edir, öz davranışlarında onlara üstünlük vermək istəyir: "Prezident İlham Əliyevin
səsləndirdiyi "Biz birlikdə güclüyük” tezisinin vətəndaşlarımızın toparlanması
və birlikdə hərəkətə ciddi təsir göstərdiyini aydın görürük. İlk günlər "Evdə
qalın” çağırışlarına o qədər ciddi yanaşmayan insanlarınız tez bir zamanda dəyişdilər
və bu özünütəcrid davranışın milli təhlükəsizlik və şəxsi sağlamlıq üçün nə qədər
vacib olduğuna lazımi dəyəri verdilər və verməlidirlər. Çünki, Azərbaycanda
koronavirusla mübarizənin yeni, daha ciddi və daha əhəmiyyətli dövrü başlayır.
Bu təhlükə daha qorxulu mərhələyə keçir. Bütün dünya üzrə yeni təhlükəli dərəcəyə
yetişmiş virusun Azərbaycanda daha böyük fəlakətlər törətmək risqləri var və
bunların qarşısını yalnız ümumi qaydaların icrasında maksimum artırılmış məsuliyyətlə
ala bilərik. Azərbaycanda bugünkü virus təhlükəsi bir-iki həftə əvvəlki kimi
deyil və məsuliyyətli davranışların maksimum göstərilmədiyi halda fəlakətlərin
miqyasını proqnozlaşdırmaq mümkün olmayacaq. Vəziyyət nə qədər ağır olsa da, ən
az itkilərlə sınaqdan çıxmaq yolu dövlət məhdudlaşdırıcı tədbirlərin hər bir vətəndaş
tərəfindən sonadək tam yerinə yetirilməsidir. Ya birlikdə virusa qalib gəlmək,
ya da koronavirusun dəhşətlərini hər birimizin yaşaya biləcəyi mərhələyə çatmışıq.
Nicat yolu dövlət tədbirlərinin icrası üzərində birlik nümayiş etdirməkdədir.
"Biz birlikdə güclüyük”.
Rufik İSMAYILOV