• cümə axşamı, 28 mart, 13:17
  • Baku Bakı 16°C

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib

17.11.19 09:37 1325
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.
AZƏRTACxəbər verir ki, paylaşımda deyilir: "Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.

banner

Oxşar Xəbərlər