• çərşənbə axşamı, 19 mart, 10:53
  • Baku Bakı 8°C

Bir doktor var idi...

31.07.19 11:51 32416
Bir doktor var idi...
«Doktor Aybolit» Korney Çukovskinin 1936-cı ildə nəşr olunmuş mənsur povestidir. Hekayə ingilis yazıçısı Xyu Loftinqin «Doktor Dulitlın əhvalatı» (1920) əsərinin reallaşdırılması və yenidən işlənilməsi nəticəsində oxşar personaj haqqında yazılıb. Doktor Aybolitin prototipləri yazıçıları ilhamlandırırdı.
«Dərman araşdırması» qəzetindəki məqalədə yazılıb: «Xeyirxah həkim Aybolit ağacın altında oturub». Çoxları düşünür ki, bu simvolik xarakter Korney Çukovskinin xəyalının məhsuludur. Ancaq doktor Aybolitin əsl prototipləri var idi.
Doktor Dulitl
«Doktor Aybolit»in yaranmasına Korney Çukovskini məşhur ingilis yazıçısı Xyu Loftinqin kitabı ruhlandırıb. Kitabın baş qəhrəmanı Doktor Dolitl o vaxt peyda oldu ki, kitabın müəllifi aclıqdan, nəmlikdən əziyyət çəkir, Birinci Dünya müharibəsi dövründə Fransanın şimalında olan Atlantada müttəfiqləri ilə birgə Almaniyaya qarşı vuruşurdu. Leytenant Loftinqin sözlərinə görə, ya «çox dəhşətli, ya da çox darıxdırıcı» idi və bu barədə düşünməmək üçün o, doktor Dulitl kimi heyvanların, quşların dilini öyrənir, onlara şəfa verir, Şimal qütbünü, Afrikanı ziyarət edir, hətta, Ayda da olurdu. Əlbəttə ki, Dulitl üçün dəyərsiz iş yox idi, hətta söhbət ağcaqanada və ya böcəyə şəfa verməkdən getsəydi belə. Beləliklə, Doktor Dulitl «aza qane ol» adını alır. Yəqin ki, Loftinqi ombasından ağır yaralandığına görə müharibədən tərxis etməsəydilər və buna görə o, məcbur olub mühəndis karyerasından imtina edib yazıçılıqla məşğul olmasaydı "Doktor Dulitl” işıq üzü görməzdi. Əsərin yaranmasına daha bir hadisə səbəb olmuşdu. Xyu Loftinqin 18-ci əsrdə yaşamış məşhur şotland cərrahı Con Xanter haqqında oxuduğu kitab ona dərin təsir etmişdi. Məhz Con Xanter Dulitlin prototipi oldu.
Alim, cərrah, mütəxəssis
Con Xanter 1728-ci ildə fevralın 13-də Şotlandiyada mülkədar ailəsində anadan olub. Con Uilyamın böyük qardaşı London universitetlərindən birində anatomiyadan dərs deyirdi. Uilyamın yanında assissent-preparator kimi işləyən Xanter bu elmlə maraqlanmağa başlayır. Gələcək hərbi cərrah olaraq Con Xanter «Qan, sətəlcəmi iltihabı və silahla bağlı yaralar haqqında» hələ də dünyada cərrahların hörmətini qazanan bir elmi əsər yazır. Bundan əlavə, Xanter ilk dəfə boğulan insanları xilas etmək üçün süni tənəffüs tətbiq etdi və hətta bu məqsədlə xüsusi qurğu da yaratdı. Ancaq praktiki əməliyyat Xanterin hobbilərindən yalnız biri idi. O, heyvanlar üzərində çoxlu eksperimentlər edir, yaraları və yanıqları sağaltmaq üçün dəri köçürməsi etməyə çalışırdı. Məhz Xanter «transplantasiya» terminini tibbə gətirdi.
Qorxunc doktor Aybolit?
Xanterin digər bir maraq dairəsi insanların və heyvanların cəsədini dondurmaq yolu ilə ömrünü uzatmaq cəhdi idi. Xanter əmin idi ki dondurmaq yolu ilə adamın və ya heyvanın ömrünü uzatmaq olar. Düzgün texnologiya ilə dondurulduqdan bir neçə il sonra cəsədi düzgün texnologiya ilə əritsə canlandıra biləcəyinə əmin idi. Oxşar təcrübələr bugünə qədər də aparılır və dondurulma elmi "krionika” kimi məşhurdur.
Lakin Xanterin həyatı elmi səhvlərsiz də deyildi. Siflis və süzənəyin eyni mikroblar tərəfindən törəndiyini sübut etmək üçün Xanter həmin mikrobu öz bədəninə yeridir və siflis xəstəliyinə tutulur, lakin özü bu haqda bilmir.
Hər iki xəstəliyə tutulan Xanter bunun eyni mikrobdan törəndiyini sübut edir.
Xanter 65 yaşında stenokardiyadan vəfat edir. Doktora bu xəstəliyin diaqnozu qoyulduqdan sonra tez-tez deyərdi: «Həyatım istənilən yaramazdan asılıdır. Məni bir az əsəbləşdirsələr o dəqiqə öləcəm». Belə də olur. O, tələbələrindən biri ilə mübahisə etdikdən sonra vəfat edir.

Hamıdan xeyirxah insan

Rusiyalı Aybolitin öz protitotipi var idi – Vilnyusdan olan həkim Semax Şabad (rus həmkarları Semax Yoseleviçi Timofey Osipoviç çağırardılar). Korney Çukovski Şabadla 1905-ci ildə Vilnyusda olarkən tanış olmuşdu. «Bu, həyatımda tanıdığım ən xeyirxah insanlardan biridir» Timofey Osipoviç barədə Çukovski yazardı.
Semax Şabad 1864-cü ilin 5 fevralında dünyaya göz açmışdı. Tibb fakültəsini bitirdikdən sonra Şabad xolera xəstəliyi ilə mübarizə aparmaqdan ötrü Astarxana göndərilmişdi. Sonralar isə Vilnyusa köçmüşdü. O, burada şəhər sovetində işləyir, öz vəsaiti hesabına aztəminatlı insanlar üçün yaratdığı yeməkxananı və evsizlər üçün sığınacağı təmin edirdi.
O, kasıb ailələrdən pul almırdı, xəstə yanına gecə yarısı belə gedə bilərdi. Buna görə də Semax Şabada hörmət edir və sevirdilər.
O, uşaqların üstündə əsərdi. Onlar da Şabadı çox sevərdilər. Kiçik pasiyentlər az da olsa həkimdən qorxmazdılar. Hətta, onun yanına ev heyvanlarını da – itləri, pişikləri gətirərdilər. Timofey Osipoviç veterinar olmasa da onları müalicə edərdi.
Doktor Şabad 1935-ci ilin soyuq qış günlərindən birində qan zəhərlənməsindən dünyasını dəyişir. Onu son mənzilə yola salmaq üçün demək olar ki, bütün Vilnyus camaatı gəlmişdi. Tabutunun arxasında 30 mindən artıq adam addımlayırdı. 2007-ci ildə isə Vilnyus şəhərində bu ecazkar həkimə abidə ucaldıldı. Köhnə şlyapalı yaşlı həkimin yanında, qucağında pişik balası olan qız uşağı. Abidənin üzərində bu sözlər yazıldı: «Vilnyus şəhərinin vətəndaşı, doktor Aybolitin prototipi olan Semax Şabada». Kitabə üzərindəki yazı 4 – rus, ivrit, ingilis və litva dillərində həkk edilmişdi. Monument 15 may 2007-ci ildə ucaldılıb.
Axı, kimdir doktor Şabad, nə üçün bu insan Aybolitin timsalında çıxış edir? O dövrdə yaşayan şahidlərin heç biri sağ deyillər. Semax Osipoviç 1864-cü ildə doğulub. Həkim olmaq arzusu onda hələ uşaqlıqdan yaranıb. Gimnaziyadan sonra Moskva universitetinin tibb fakültəsinə daxil olub. Diplomunu alandan sonra Povoljyedə həkimlik edib, xalera ilə mübarizə aparmaq üçün Astraxanda olub, sonralar Moskvaya qayıdıb.
Semax Şabadın doktor Aybolitin prototipi olduğu haqda bu yaxınlara qədər yalnız Çukovskinin yaradıcılığını araşdıran ədəbiyyatşünaslar bilirdi.
Korney İvanoviç xeyirxah həkim haqqında nağılı 1929-cu ildə uydurub.
Vilnyusda yazıçı iki dəfə olub. Birinci dəfə Birinci Dünya müharibəsindən əvvəl, - Bolşaya Poqulyanka 9- küçəsində yerləşən Şabadın evində qalıb (indiki – Yonas Basanaviçyus, 15). Doktorun 1912-ci ildəki vizitkası haqqında Çukovski sonralar xatırlayırdı: «Doktor Şabad həyatım boyu tanıdığım ən xeyirxah insanlardan biri idi. Elə olurdu ki, onun yanına arıq bir qız gəlirdi, o qıza deyirdi: «Sən istəyirsənmi mən sənə resept yazım? Yox, sənə inək südü kömək edəcək. Hər səhər yanıma gəl və sən iki stəkan süd alacaqsan». Səhərlər görürdüm ki, onun qapısında növbəyə durublar. Uşaqlar təkcə özləri gəlmirdi, saxladıqları xəstə ev heyvanlarını da gətirirdilər. Bir gün doktorun yanına üç uşaq ağlaya-ağlaya gəlmişdi. Onlar doktorun yanına pişik gətirmişdilər. Pişiyin dili balıqtutan qarmaqcığa ilişib qalmışdı. Pişik ağlayırdı. Onun dili qan içində idi. Timofey Osipoviç kəlbətinlərlə silahlandı, pişiyin ağzına hansısa əşyadan dirək qoydu və qırmaqcığı pişiyin dilindən astaca çıxardı. Mən öz «Aybolit»imi yazarkən xəyalımda Şabad kimi bir həkimi canlandırırdım.
Bu gün 21-ci əsrdə Doktor Aybolitin ölümsüz bir personaj olduğunu və onun şöhrətinin bəzi pop ulduzlarının populyarlığına bənzədiyini söyləyə bilərik, lakin bir fərqlə ki, pop ulduzları parlayır və sönür. Doktor Aybolitin şöhrəti isə nəsildən-nəslə artır ki, azalmır. İnsanın təhsilli olub-olmamasından asılı olmayaraq ondan doktor Aybolit haqqında soruşduqda deyəcək ki, çox xeyirxah həkim idi, heyvanları belə müalicə edərdi.

Heyvanlara və kasıblara xidmət göstərmək üçün
Son zamanlarda «Labirint-Press» nəşriyyat evi Viktor Çijikovun Korney Çukovskinin illüstrasiyalarla bəzədilmiş, «Doktor Aybolit» nağılını yenidən nəşr edib. 1980-ci ildə sənətkar bu illüstrasiyalar üçün Q.X.Andersen adına fəxri diploma layiq görülüb. İndi müasir uşaqlar hekayəni gözəl bir çap dizaynında oxuyacaqlar. Onlar yaxşı həkim imicinin arxasında nələr olduğunu düşünəcəklər.
Nağıl- povestdə müxtəlif heyvanlar təsvir olunublar. Görün həkimin evi necə qurulub ki: «Onun otağında dovşanlar yaşayırlar. Şkafda dələ, bufetdə qarğa, divanda tikanlı kirpi, sandıqda ağ siçanlar». Bununla siyahı bitmir, ona görə ki, «bütün heyvanlarından ən çox doktor Aybolit ördəyi Kikunu, iti Avvanı, balaca donuz balası Xryu-Xryu, tutuquşu Karudonu və iti Bumbunu sevir». Bununla da bitmir, çünki daimi sakinlərə hər an yeniləri əlavə olunur (və aktiv iştirak edən personajlara çevrilirlər). Başqa sözlə, doktor Aybolitin evi müxtəlif heyvanlarla doludur və onların hamısı bir yerdə sülh və əmin-amanlıq şəklində yaşayırlar. Heç biri o birini yemir və bir-birini parçalamır. Hətta, timsah da «sakitdir». Heç kimlə işi yoxdur, özü üçün çarpayının altında uzanıb uzaq Afrikada yaşayan qardaş-bacıları haqda düşünür».
Evin sakinlərini çox xeyirxah doktor Aybolitə olan sevgi və minnətdarlıq birləşdirir. Əslində nağıl da elə bu cür başlayır: «Biri-var idi, biri yox idi, bir doktor var idi. O, çox xeyirxah idi». «Xeyirxah» - bu hadisənin baş qəhrəmanının mühüm və başlıca xarakteristikasıdır. Korney Çukovski də xeyirxahlıq fəaliyyətində çox inandırıcı görünür: xeyirxah həkim başqaları üçün yaşayır.
Heyvanlara və kasıblara – heç nə bacarmayanlara - xidmət göstərmək üçün.Onun şəfaverici qabiliyyəti qüdrətlidir – elə bir personaj yoxdur ki, sağaltmaq istəsin, amma bacarmasın. Ona görə də nağılda iştirak edən bütün personajlar ona həyatda qaldıqlarına görə minnətdardırlar. Və əlbəttə ki, o, heyvanların dilini başa düşür. Ona görə də evdə yaşayan bütün heyvanlar doktora qulaq asır və xeyirxah işlər görməkdə kömək edirlər.
Bu, cənnətin analoqu deyilmi? Həkimin həyatına müdaxilə edən, kinli bacısı Varvaranın obrazını isə ilanla müqayisə etmək olar. Məsələn, Varvara tələb edir ki, doktor bütün heyvanları evdən (cənnətdən) qovsun. Həkim isə bununla razılaşmır. Buna görə də nağılı oxuyan uşağı bu, sevindirir: deməli «xeyirxah dünya» güclü və sabitdir. Bundan əlavə o, doktor Aybolit kimi yaxşı əməllər etməyə çalışır.
Çukovskinin povestində yaxşı və pis arasındakı qarşıdurma ən kəskin və irəliləməz bir şəkildə təqdim olunur. Heç bir psixoloji çətinliklər və ya mənəvi əzab yoxdur. Pis elə pisdir və onunla mübarizə aparmaq lazımdır. Bütün pisliklər - yazarın da, uşağın da qəbul etdiyi kimi - cəzalandırılmalıdır.
Nağılda xeyir və şər həyat üçün deyil, ölümlə mübarizə aparır. Belə ki, doktor Aybolit haqqında hekayə gərgin, həyəcanverici və bəzən də qorxunc alınıb. Bütün bu xüsusiyyətləri ilə xeyir və şər arasında aydın bir kontrast sayəsində hekayə 5-8 yaş arası uşaqlar üçün çox maraqlıdır.
Rusiya mətbuatından tərcümə etdi Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər