Bir adam yol gedir...
Məmməd
İsmayıl fəlsəfi şairdir. Onun şeirlərinin məna yükü ağırdır. Başdan ayağa
folklordu, xalqın yaddaşıdır Məmməd İsmayıl. Xalqın içində böyüyən, xalqla
tarixləşəndir Məmməd İsmayıl. Şeirlərində insanlara ibrət olan ustad sözlərin
çalarlarını o qədər yerində verir ki, bu, onun həm istedadından, həm də qələminin
gücündən xəbər verir. Bəşəri mövzulardan yan keçməyən ustad anaya laqeyd olan
övladlara örnək olur. Ana məhəbbəti, ana sevgisi ustadın qəlbinin ən sağlam
yerində uca bir heykəl qurub. Həm ana, həm ata olan bir dul qadın, min bir əzab-əziyyətlə
böyütdüyü oğlunun çiyinləri üzərində son mənzilə yola salındıqda, ruhu göylərdə
uçar, sevincindən qanad açar. Gülzar ana
xoşbəxt ana olub ki, Vətən üçün, xalq üçün şəxsiyyətli övlad yetişdirə bilib. Həm
də ona görə xoşbəxt ana olub ki, övlad çiynində son mənzilə yollanıb.
Ana, ağır olan cənazən deyil,
Analıq haqqındır çiyinlərimdə...
-deyə için-için sızlayan oğul həm də özü bilmədən Cəfər Cabbarlının ana obrazının fəlsəfəsini yenidən yaradır.
Nə deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən.
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram mən... –
Bütün övladlar kimi Məmməd İsmayılın da ana sevgisi ürəyində dərin iz buraxıb. Sən məni dünyaya gətirdin, ana, sənisə dünyadan aparıram mən... – deyən ustad şair bu işıqlı dünyaya bizi 9 ay ürəyinin başında gəzdirərək gətirən ananı biz qaranlıq dünyaya çiyinlərimizdə aparırıq deyə təlatüm keçirir.
Axı, gözünü açandan təkcə ana sevgisi görüb, ana nəvazişi görüb Məmməd İsmayıl. Uşaqlığından qəlbi qırıq böyüyüb. Həmişə gözü yolda qalıb. Ata yolu gözləyib. Gəlişinə inanmasa da, ümidini də kəsməyib.
Yol azmısan bu payızın çənində,
Ağacdәlәn, ağlın azıb sәnin dә,
Dәn gәzirsәn saçlarımın dәnindә
Atam oğlu, az qapımı döy görüm.
deyərək sanki ağacdələnə acıqlanırdı. İllərdi qonaq qarşılamayan "Yetim ev"ə indi qonaq gəlmişdi. Bir zamanlar uşaq olub o evdə qaçan uşağın indi dən düşmüş saçlarından dən istəyirdi ağacdələn. Bəlkə də, Ağacdələn, doğrudan da, Gülzar ananın ruhu idi. Oğlunun gəlişinə sevinib qapını döyürdü ki, qapını açan olsun. Ya da atasından müjdə gətirən narahat ruhlar idi.
Yavaş-yavaş çürümәdә taxta, bax.
O taxtada ovxam olan vaxta bax.
İnad olub nә döyürsәn baxta-baxt, -
Açılmayan düyünlәri duy görüm.
Şairi şeirlərindən daha yaxşı tanımaq olur. Onun şeirlərini oxuyanda sanki özü sənə diktə edir.
Hәrdәn üz çevirib taleyә, baxta,
Çıxdığı sәfәrdәn qorxub qaçan var.
Bir adam yol gedir bizdәn qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Bizdən öncə hər yerdə bir cığır açan olmasaydı, bəlkə də büdrəyərdik bu həyatda. Ölümə də cığır açan var, oluma da. Bizdən öncə yol gedənlər bizi arxasınca səsləyir.
Məmməd İsmayılı şeirlərindən tanıyıram. Şeirlərindəki nisgildən, kədərdən, həsrətdən tanıyıram onu. Azərbaycan ədəbiyyatının çağdaş şairlərinin ən hikmətli söz ustadlarından birini yaxından görmək, onunla üz-üzə dayanıb ürəyindən keçənləri söyləmək hər bir şeirsevərin arzusudur. Azərbaycan ədəbiyyatının M.İsmayıl, R.Rövşən, Xəlil Rza Ulutürk, Z.Yaqub, M.Araz, M.Yaqub, S.Rüstəmxanlı, Məmməd İlqar kimi azman yazarları ilə bir əsri paylaşmaq qürurvericidir. Həmişə Səməd Vurğunu həyatda görənlərə, onunla ünsiyyət quranlara qibtə etmişəm. Onların şeirləri ilə böyümək, ruhlanmaq, ilk sevgi hisslərini yaşamaq tamam başqadır.
Yubileyiniz mübarək, ustad!

Özünün
də etiraf etdiyi kimi: Yolu
hәrdәn-hәrdәn kәndlərinə düşər. Orda anasından ömürlü, özündən vәfalı bir kiçik daxma var. Hәlә dә tәk-tәnha
qalan daxma davadan geri dönmәyәn atasını gözlәyir. İndi qapısı bağlı yetim, tənha
qalan ev bir zamanlar sevinc-nəşə dolu idi. Ailə başçısı olmasa da, ana-bala qəzavü-qədərə
alışmışdılar. Bir zamanlar 8 yaşında ikən o evdə bayram sevinci yaşayan balaca
Məmməd yaşadığı evin də özü kimi yetim qalacağını heç ağlına da gətirmirdi. Bir
zamanlar "Dünyanı anasız yiyəsiz
bir evə" bənzədən Məmməd İsmayıl bir payız günündə ata yurduna, yiyəsiz
evə qonaq kimi gələcək. Uşaqlıq xatirələrini yenidən xatırlamaq üçün taxtası
çürümüş qapıya gözləri dolaraq baxacaq. İçin-için hey ağlayacaq. Bir zamanlar
aş ətri qoxan, baryam şamı ilə gur işıqlanan ev indi sahibinin həsrəti qoxacaq,
həsrətdən alışıb yanacaq. İndi o evdə nə işıq yanır, nə aş dəmlənir. Nə də
bayram tonqalı qalanır.
Məmməd İsmayıl "hələ yaşamağa dəyər"
desə də, bəzən insan yaşamaqdan usanır. Kimini səadət içində yaşadır, kimini səfalət.
Bir zamanlar bir ana, bir bala nəşəsi ilə qızınan evin qapısını indi təkcə ağacdələn döyür. Böyük şair:
Yol azmısan bu payızın çənində,
Ağacdәlәn, ağlın azıb sәnin dә,
Dәn gәzirsәn saçlarımın dәnindә
Atam oğlu, az qapımı döy görüm.
deyərək sanki ağacdələnə acıqlanırdı. İllərdi qonaq qarşılamayan "Yetim ev"ə indi qonaq gəlmişdi. Bir zamanlar uşaq olub o evdə qaçan uşağın indi dən düşmüş saçlarından dən istəyirdi ağacdələn. Bəlkə də, Ağacdələn, doğrudan da, Gülzar ananın ruhu idi. Oğlunun gəlişinə sevinib qapını döyürdü ki, qapını açan olsun. Ya da atasından müjdə gətirən narahat ruhlar idi.
İllərin acılı-şirinli xatirələri
qol-boyun olub yaşayır o evlərdə. Kəndlərdə yetim evlər çoxdur. Onlardan biri də
Məmməd İsmayılı sinəsinə çəkib böyüdən ağacdələn döydüyü evdir. İndi o evin hey
gözləri yol çəkir, köks ötürür, yol gözləyir, bu gözləyişdən usanmayan evdir o
ev... Qaranquş yuva qurduğu evə hər il gəldiyi kimi, o evin sahibi də hər il
olmasa da, mütləq gələcək deyə ümidini üzmür "Yetim ev".
Yavaş-yavaş çürümәdә taxta, bax.
O taxtada ovxam olan vaxta bax.
İnad olub nә döyürsәn baxta-baxt, -
Açılmayan düyünlәri duy görüm.
Şairi şeirlərindən daha yaxşı tanımaq olur. Onun şeirlərini oxuyanda sanki özü sənə diktə edir.
Hәrdәn üz çevirib taleyә, baxta,
Çıxdığı sәfәrdәn qorxub qaçan var.
Bir adam yol gedir bizdәn qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Bizdən öncə hər yerdə bir cığır açan olmasaydı, bəlkə də büdrəyərdik bu həyatda. Ölümə də cığır açan var, oluma da. Bizdən öncə yol gedənlər bizi arxasınca səsləyir.
Məmməd İsmayılı şeirlərindən tanıyıram. Şeirlərindəki nisgildən, kədərdən, həsrətdən tanıyıram onu. Azərbaycan ədəbiyyatının çağdaş şairlərinin ən hikmətli söz ustadlarından birini yaxından görmək, onunla üz-üzə dayanıb ürəyindən keçənləri söyləmək hər bir şeirsevərin arzusudur. Azərbaycan ədəbiyyatının M.İsmayıl, R.Rövşən, Xəlil Rza Ulutürk, Z.Yaqub, M.Araz, M.Yaqub, S.Rüstəmxanlı, Məmməd İlqar kimi azman yazarları ilə bir əsri paylaşmaq qürurvericidir. Həmişə Səməd Vurğunu həyatda görənlərə, onunla ünsiyyət quranlara qibtə etmişəm. Onların şeirləri ilə böyümək, ruhlanmaq, ilk sevgi hisslərini yaşamaq tamam başqadır.
Yubileyiniz mübarək, ustad!
İlhamə Qəsəbova