• şənbə, 20 Aprel, 07:09
  • Baku Bakı 14°C

Bıçaq altından çıxan Günel: “Dodaqlarım məndə kompleks yaradırdı“

08.10.13 17:37 1823
Bıçaq altından çıxan Günel: “Dodaqlarım məndə kompleks yaradırdı“
Müğənni Günel Ələkbərova əməliyyat olunub. Mövqe.az-ın məlumatına görə, müğənni əməliyyatdan sonrakı şəklini sosial şəbəkədə paylaşıb.
Bu barədə məlumat verən Günel yalnız dodaqlarından əməliyyat olunduğunu bidirib: "Əməliyyat yalnız dodaqlarımda olub. Yazırlar ki, burnumdan da əməliyyat olunmuşam. Amma mən bu barədə heç kimə heç nə deməmişəm. Heç bir sayta əməliyyat olunandan sonra açıqlama verməmişəm. Burnum yerindədir, özümküdür. Bunu yazanlar bəs mən efirə çıxanda görməyəcəklər ki, bu burun öz burnumdur, əməliyyat olunmayıb?!
Əməlli-başlı söz alırsız məndən. 2 saat yarım əməliyyat olunmuşam. Çox ağır əməliyyat keçdi. 53 kilo olmuşdum. Arıqlamışdım və dodaqlarım məndə kompleks yaradırdı. İndi dodaqlarımda olan silikondan azad oldum. Dodaqda şiş tez çəkilir. İstanbul FBM-də əməliyyat olundum. Çox inandığım bir həkim var idi. Əməliyyatım uğurlu-uğursuz alınıb, hələ heç nə deyə bilmərəm. Sadəcə, nəticəni gözləyirəm. Üzüm şişdir. Saytlar mənim onlara nəsə açıqlama verdiyimi deyirlər, amma bu yanlışdır. Reytinq xatirinə belə eləmək olmaz. Mən heç kimə heç nə deməmişəm. Sadəcə, Facebook-da şəklimi paylaşmışam".

banner

Oxşar Xəbərlər