• cümə, 29 Mart, 02:52
  • Baku Bakı 7°C

Beynəlxalq Muğam Mərkəzin səhnəsində caz əhvalı davam edir

15.06.19 09:07 1514
Beynəlxalq Muğam Mərkəzin səhnəsində caz əhvalı davam edir
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində paytaxtımızda bir ənənəyə çevrilmiş "Baku Summer Jazz Days” festivalı günlərində dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi davam edir.
Trend-in məlumatına görə, iyunun 12-də Muğam Mərkəzində İsrailin virtuoz kontrabasçısı Adam Ben Ezranın triosu çıxış etdi.
Çox zaman solo ifa ilə tamaşaçıların görüşünə gələn musiqiçi Bakıda trio ilə çıxış etməyi qərarlaşdırıb.
Adam tamamilə fərqli bir tərzdə kontrabasda ifası ilə diqqət çəkir, stereotipləri yararaq maraqlı şou ilə tmaşaçıların görüşünə gəlir. Bu şouda fundamental musiqi elementləri, caz ənənələri, həm də klassik musiqi motivləri dinamik şəkildə sintez edilib. Musiqiçi kontrabasda bir neçə texnikanı eyni anda istifadə etməklə təəccüb yarada bilir.
Konsertdən əvəl çıxış edən İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberq festivalı bir sənət bayramı adlandırdı. Bildirdi ki, bu festivalda İsrailli musiqiçilərin iştirakı ölkələrimiz arasında mədəniyyətin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. İşimin ən gözəl tərəflərindən biri də budur ki, zamanla həm Azərbaycan həm də İsrailin sənət dünyası ilə bağlı biliklərimi daha da artırırram. Festivalın işinə uğurlar arzulayıram vəbu yay festivalında iştirakımızdan məmnunluğumu ifadə edirəm.
Daha sonra Adam Ben Ezranın triosu çıxışını təqdim etdi. Fenomenal kontrabasist, multiinstrumentalist Adam Ben Ezra öz ifalarında İ.S.Bax, Sting, K.Debüssi kimi əfsanələrdən təsirlənərək və istifadə olunan musiqi alətindən asılı olmayaraq yeni musiqilər bəstələyərək maraqlı bir sintezlərlə tamaşaçıların görüşünə gəlir. O öz palitrasına yenı rənglər qatıb və musiqisinə caz, latın və Aralıq dənizi elementləri əlavə edib. Yayın unudulmaz caz əhvallı axşamı İsrail musiqçilərinin təkrarsız ifaları sayəsində əhvallara xoş təsiri ilə yaddaşlara köçdü.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir.
banner

Oxşar Xəbərlər