• şənbə, 11 May, 07:36
  • Baku Bakı 12°C

Bəşər Əsəd KXDR lideri ilə görüşmək niyyətindədir

03.06.18 14:18 545
Bəşər Əsəd KXDR lideri ilə görüşmək niyyətindədir
Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Rodong Sinmun" qəzeti yazıb.
Bildirilir ki, Əsəd müvafiq bəyanatla mayın 30-da KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zamanı çıxış edib.
"Mən gələcəkdə KXDR-ə səfər etmək və onun lideri Kim Çen Inla görüşmək niyyətindəyəm", - deyə qəzet prezidentin sözlərini sitat gətirib.
O həmçinin Suriya hökumətinin bundan sonra da Şimali Koreyanın siyasi kursunu dəstəkləyəcəyini bildirib.
banner

Oxşar Xəbərlər