BEA: 2025-ci ildə neftə tələbat 6,8% artacaq

BEA: 2025-ci ildə neftə tələbat 6,8% artacaq

İqtisadiyyat
13 Noyabr 2019, 14:00 658
Beynəlxalq Energetika Agentliyi (BEA) illik proqnozun baza ssenarisini dərc edib.
Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.
Proqnoza əsasən 2018-ci illə müqayisədə 2025-ci ildə neftə tələbatın 6,8% artacağı bildirilir.
Qeyd edilir ki, tələbat gündə 103,5 milyon barelə qədər artacaq. Proqnoza əsasən, hər il tələbatın çoxalması inkişaf edən ölkələrdə gündəlik 900 min barel təşkil edəcək.
Bundan başqa, 2040-cı ilə tələbatın 9,8% artımı gözlənilir. Bu isə 106,4 milyon barelə qədər artım deməkdir. 
Qeyd edək ki, daha əvvəl də Beynəlxalq Enerji Agentliyi 2025-ci ildə neftin dəyəri üzrə qiymətləndirməsini 6% - 88 dollar-barelə qədər artırıb. Agentlik həmçinin 2040-cı ilə qədər neftin qiymətinin 0,9% artaraq 112 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırıb.
BEA-nın ölkələrin mövcud enerji siyasətini və açıqladıqları planları nəzərə alan baza ssenarisinə görə, neftin qiyməti 2017-ci ilin 52 dollar/barel qiyməti ilə müqayisədə tədricən artacaq.