AZE | RUS | ENG |

Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
"Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq”. Bu sözləri Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri  Li Litzenberqer ilə keçirdiyi görüşdə səsləndirib. Diqqətə çatdırıb ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür. Bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Baş Nazirin müavini xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.
  "ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəkləyir”. Bu fikri isə səfir Li Litzenberqer səsləndirib. Nazirlər Kabinetində keçirilən görüşdə səfir bildirib ki, Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər  və etibarlı tərəfdaşlıq  ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir.
 Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuşdur.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982