• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Bakının ictimai iaşə dövriyyəsi 7 faizədək artıb

02.11.19 14:22 1642
Bakının ictimai iaşə dövriyyəsi 7 faizədək artıb
Bu ilin yanvar-sentyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 755,6 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 350,1 milyon manat təşkil edib.
banner

Oxşar Xəbərlər