Bakıda mənə edam hökmü oxundu
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə çap etdiyi "Yeni Kafkasya”
jurnalının 1927-ci ildə çap olunmuş 84-cü sayında "Vətən həsrəti” başlığı ilə
bir yazı təqdim edilib.
Əli Vulkan mühacirətdə "Azərbaycan xalq şərqi və maniləri” adlı kitab hazırlayıb. 1939-cu ildə İstanbulda çap olunan bu kitabda Əli Usta Azərbaycan bayatılarını, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əhməd Cavadın şeirlərini dərc edib. Həmin kitabın arxasında şairin özünün "Vətən uğrunda” adlı şeir kitabının tezliklə çap olunacağı qeyd olunsa da, araşdırmamız nəticəsində həmin kitaba rast gəlmədik.
Əli Vulkanın şeirləri Azərbaycan mühacirət mətbuatı ilə yanaşı, Krım, Şimali Qafqaz və Türkiyə mətbuatında da dərc olunub. Türkiyənin Bəyazid Dövlət Kitabxanasında apardığımız tədqiqat zamanı Əli Vulkanın bir müsahibəsinə rast gəldik. "Türk dünyası” jurnalında dərc edilən, Kul Mehmet imzası ilə təqdim olunan bu müsahibədə mühacir şair Türkiyəyə necə gəlməsindən danışıb.
"Rus cəhənnəmindən cənnət Türkiyəyə” başlıqlı həmin müsahibəni təqdim edirik:
Ötən aylarda bir gün Əli Vulkanı evində ziyarət etdim. Son günlərdə asma və bronxitdən əziyyət çəkirdi. Xeyli söhbətləşdik. Xanımı bir gecə əvvəl Əli bəyin istiliyinin qalxdığını, bayılmış bir şəkildə yatarkən birdən-birə otağından
Tarixmi yabançı, mənmi yalançı
Nə gəzər yurdumda alçaq yabançı
şəklində fəryad eşidildiyini, övladları təlaşla içəri girdiklərində onu tər içində sayıqlayarkən gördüklərini söylədilər.
Bilmirəm, Əli Vulkanı tanıyırsınızmı? Ürəyi vətən həsrəti, türklük eşqi ilə yanan bu əvəzsiz, duyğulu, həqiqətən, türk olmağın qüruruna varmış azərbaycanlı vətən şairini 70 yaşına yetişdiyi bu günlərdə danışdırdıq, xatirələrinin bir qismini özündən dinlədik.
– 1917-ci il rus inqilabından sonra çarlığın əlində inləyən millətlər müstəqil dövlətlər qurmağa başladılar. Azərbaycanın öndə gələnləri Osmanlı hökuməti ilə Azərbaycanı qurtarsın deyə bir anlaşma imzaladı. 5-ci Qafqaz tüməni Nuri paşanın idarəçiliyində Azərbaycana girərək oranı rus və ermənilərdən təmizlədi. 1918-ci ilin 15 sentyabrında Osmanlı ordusu Bakını aldı. Bu ərəfələrdə Osmanlı Mudros müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Birinci Dünya Müharibəsinin qalib dövlətləri Osmanlının bir həftədə Azərbaycandan çıxmalarını istədi.
Azərbaycanda göyərti, ət, yumurta, toyuq, süd az da olsa, əldə edilir. İşçi, sürücü, məmur – hamısı fərdi qazanc yoluna doğru yönəliblər. Rüşvət bütün ölkələri geridə qoyacaq qədər irəlidədir... Hürriyyət? O, təbii ki, yoxdur... Türkiyədə azadlığı bəyənməyənlər hürriyyətsizliyi Rusiyada görsünlər, hansı nemətə sahib olduqlarını anlasınlar.
Hazırladı: Dilqəm ƏHMƏD
Yazıda qeyd olunub: "Azərbaycanlı, bakılı, Nardaran kəndindən üçüncü
Gəncə alayının dülgəri Əli Usta imzası ilə bir məktub aldıq. Əli Usta hazırda
Şərqi Qarahisarda Alucra qəzasında yaşamaqdadır”.
Yazıda daha sonra Əli Ustanın vətən həsrətini əks etdirən iki şeiri
təqdim olunub. Kimdir Əli Usta?
Mühacir şair Əli Usta Vulkan 1897-ci ildə Nardaranda doğulub.
Mühacirətdə xalq şairi Ali Volkan, Ali Usta adı ilə tanınıb. "Yeni Kafkasya”
jurnalındakı təqdimatdan, eləcə də, 1939-cu ildə çap edilən "Azərbaycan xalq
şərqi və maniləri” adlı kitabındakı bilgidən aydın olur ki, Əli Usta Azərbaycan
Cümhuriyyəti Milli Ordusunun Gəncədəki üçüncü piyada alayında dülgər kimi
çalışıb. Mühacirətşünas Nikpur Cabbarlıya görə, Usta təxəllüsü də dülgərliyinə
görədir. Əli Vulkan mühacirətdə "Azərbaycan xalq şərqi və maniləri” adlı kitab hazırlayıb. 1939-cu ildə İstanbulda çap olunan bu kitabda Əli Usta Azərbaycan bayatılarını, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əhməd Cavadın şeirlərini dərc edib. Həmin kitabın arxasında şairin özünün "Vətən uğrunda” adlı şeir kitabının tezliklə çap olunacağı qeyd olunsa da, araşdırmamız nəticəsində həmin kitaba rast gəlmədik.
Əli Vulkanın şeirləri 1928-ci ildə İstanbulda çap edilən, Azərbaycan
mühacirəti ilə bağlı ilk şeir toplusu olan "İstiqlal uğrunda” məcmuəsində də
dərc edilib. Kitabda Mirzəbala Məhəmmədzadənin onun şeirləri haqqındakı yazısı
yer alıb.
Adapazarında yaşayan Əli Ustanın mühacirətdə "Azərbaycan” dərgisində
şeirləri, məqalələri, xatirələri çap olunub. 2 avqust 1981-ci ildə vəfat edən
Əli Ustadan geriyə Azərbaycan həsrəti, milli istiqlal mübarizəsi ilə bağlı
xeyli şeir yadigar qalıb. "Azərbaycan” jurnalında şairin 13 şeiri dərc edilib. ***
Əli Vulkanın şeirləri Azərbaycan mühacirət mətbuatı ilə yanaşı, Krım, Şimali Qafqaz və Türkiyə mətbuatında da dərc olunub. Türkiyənin Bəyazid Dövlət Kitabxanasında apardığımız tədqiqat zamanı Əli Vulkanın bir müsahibəsinə rast gəldik. "Türk dünyası” jurnalında dərc edilən, Kul Mehmet imzası ilə təqdim olunan bu müsahibədə mühacir şair Türkiyəyə necə gəlməsindən danışıb.
"Rus cəhənnəmindən cənnət Türkiyəyə” başlıqlı həmin müsahibəni təqdim edirik:
***
Ötən aylarda bir gün Əli Vulkanı evində ziyarət etdim. Son günlərdə asma və bronxitdən əziyyət çəkirdi. Xeyli söhbətləşdik. Xanımı bir gecə əvvəl Əli bəyin istiliyinin qalxdığını, bayılmış bir şəkildə yatarkən birdən-birə otağından
Tarixmi yabançı, mənmi yalançı
Nə gəzər yurdumda alçaq yabançı
şəklində fəryad eşidildiyini, övladları təlaşla içəri girdiklərində onu tər içində sayıqlayarkən gördüklərini söylədilər.
Bilmirəm, Əli Vulkanı tanıyırsınızmı? Ürəyi vətən həsrəti, türklük eşqi ilə yanan bu əvəzsiz, duyğulu, həqiqətən, türk olmağın qüruruna varmış azərbaycanlı vətən şairini 70 yaşına yetişdiyi bu günlərdə danışdırdıq, xatirələrinin bir qismini özündən dinlədik.
Əli Vulkan 1904-1905-ci illər arasında (müəllif yanlışlığa yol verib
– D.Ə) Bakının şimal-şərqində, Abşeron yarımadasının sahillərindəki yüzlərlə
kənddən birində – Nardaranda doğulub. Azərbaycanın istiqlal dövründə, 1918-ci
ildə əsgərliyə aparılıb, Gəncə üçüncü piyada alayında hərbi xidmətdə olub.
Saysız-hesabsız mücadilənin içində olan Əli Vulkan 1924-cü ildə
Türkiyəyə mühacirət etmiş, Türkiyə vətəndaşı olmuş, yenidən hərbi xidmət
keçmişdir. Əli Vulkan 1930-cu ildə evlənmiş, 1932-ci ildə Azər, daha sonra
Tomris və Nərgiz adlı uşaqları olub. Böyük və gerçək türk vətəni Türkiyədə, doğulduğu başqa bir yavru türk
vətəni Azərbaycanın həsrətini çəkən Vulkanın şairliyi Türkiyədə başlayır.
Bir-birindən gözəl 50-yə qədər şeiri olan şairin şeirlərini şəxsən oxuduğunda,
bir gənc həyəcanı içində olduğunu, gözlərinin aşırı nəmləndiyini görənlər ondan
daha çox duyğulanırlar. Vulkana edilən hörmətin bir qətrəsi də buna görədir.
– Hörmətli Əli Vulkan. Sizi
həssas, dərin, ürəyi vətən həsrəti ilə dolu, millətçi Azərbaycan xalq şairi
olaraq tanıyırıq. Bizə Azərbaycandan çıxmağınızı, Türkiyəyə mühacirət etmənizi,
oradakı son günlərinizin siyasi görüntüsünü anlada bilərsinizmi?– 1917-ci il rus inqilabından sonra çarlığın əlində inləyən millətlər müstəqil dövlətlər qurmağa başladılar. Azərbaycanın öndə gələnləri Osmanlı hökuməti ilə Azərbaycanı qurtarsın deyə bir anlaşma imzaladı. 5-ci Qafqaz tüməni Nuri paşanın idarəçiliyində Azərbaycana girərək oranı rus və ermənilərdən təmizlədi. 1918-ci ilin 15 sentyabrında Osmanlı ordusu Bakını aldı. Bu ərəfələrdə Osmanlı Mudros müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Birinci Dünya Müharibəsinin qalib dövlətləri Osmanlının bir həftədə Azərbaycandan çıxmalarını istədi.
28 May 1918-ci ildə Azərbaycanda dövlət quruldu, xarici ölkələrə
elçilər göndərildi, diplomatik əlaqələr təsis edildi. Azərbaycan ordusu
təşəkkül etdi. Məktəblərdə dərslər türk dilində oldu. Azərbaycan hökuməti qısa
zamanda böyük işlər gördü. Almaniya, İtaliya, Fransaya tələbələr göndərildi.
Bu ərəfədə Türkiyə İstiqlal savaşı içində idi. Kuvayi-Milliyyə və
Kuvayi-İnzibatiyyə arasındakı mübarizəni fürsət bilən Rusiya Azərbaycanın
sərhədinə əsgər yığmaqda idi. Ruslar Mustafa Kamal qüvvətlərinə kömək etmək
bəhanəsi ilə Azərbaycandan yol istədilər. Bu hərəkətləri ilə kapitalist
müttəfiq dövlətlərinin Anadolunu həm öz, həm də Yunanıstan arasında parçalanmasına qarşı
olduqlarını göstərmək istəyirdilər. Halbuki məqsədləri neft ölkəsi Azərbaycanı
işğal etmək, onu ərazilərinə qatmaq idi. Mustafa Kamala kömək məsələsi Azərbaycan məclisində müzakirə edildi.
Türkiyəyə kömək məsələsi mövzu olunca, istər millət vəkilləri, istərsə də xalq
rusların Azərbaycandan keçmələrinə razı idilər. Türk qardaşlarına kömək üçün
yol vermək normal bir hərəkətdir. Belə olduğu halda, yenə də parlamentdə
mübahisələr oldu. Azərbaycan Milli Şurasının rəisi Məhəmməd Əmin Rəsulzadə
kürsüyə çıxaraq "Rusdan türklərə dost olmaz. Sabah ölkəmiz Azərbaycan xarabazar
olar. Əgər Anadoluya köməyə gedəcəklərsə, Novorossiyski və Odessa üzərindən də
gedə bilərlər” dedi. Bu nəticədən sonra Rusiya Azərbaycana ultimatum verərək
hökumətin çəkilməsini tələb etdi. Bu ərəfədə Azərbaycanda olan Xəlil paşa və
əsgərləri rus qırmızı ordusunun Anadolunun yunan işğalından qurtarması üçün
xalqa bəyannamə paylayır və "buraxın rus ordusu keçsin, məmləkətimizi yunan
işğalından qurtarsın” deyirdilər.
Beləliklə, üç gün sonra çıxmaq şərtilə ruslar Azərbaycana girdilər,
cəlladxanalarını qurdular, nazirləri, millət vəkillərini, ordu mənsublarını,
ziyalıları öldürdülər. Azərbaycanda yağmalanma həftəsi başlandı. Ruslar bütün
dükanları yağmaladılar, bir də Azərbaycandan çıxmadılar.
Bu qarışıqlıq vaxtı mən Gəncədə əsgər idim. Gəncənin öndə gələnlərini
Bakıya göndərib edam etdirdilər. Azərbaycan xalqı bunu həzm edə bilmədi.
Gəncənin tanınmışlarından Sarı Ələkbərlə 3-cü Gəncə alayının komandanı Cahangir
bəy birlikdə üsyan etməyi planlaşdırdılar və 1920-ci il 22 may gecəsində rus
əsgərlərinin üzərinə hücum etdilər. Savaş bir həftə davam etdi. Bu müddətdə 7-8 min rus əsgəri qırıldı.
Savaş əsnasında Gəncədəki erməni məhəlləsindəki ermənilər əsgərlərimizə arxadan
hücum etdilər. Mən bu savaşın içində idim. Sol dizimdən süngü yarası aldım.
Ruslar üstümüzə 10 min əsgər də göndərdilər. Qarşılıq verə bilmədik.
Komandanımız "başınızın çarəsinə baxın” dedi. Ordu dağıldı. Bizlər Kür çayını
üzərək Gürcüstana doğru keçdik.
Bir müddət orada qaldım. Bir il sonra ruslar Gürcüstanı da işğal
etdilər. Azərbaycanın keçmiş bəhriyyə naziri Əliheydər Qarayev kürd taboru adlı
bir tümənlə Tiflisə girmişdi. "Azərbaycanlılar bir həftə içində təslim
olarlarsa, əfv ediləcək, Bakıya qayıda biləcəklər” deyə elan verdilər. Müraciət
etdim. Öncə həbs etdilər, üç ay sonra qırmızı orduya götürdülər. Yaşım uyğun
idi.
Gürcüstanın Lağıdağı ərazisindəki alaya göndərildim. Bir ara xəstəliyə
tutuldum. Vladiqafqaza xəstəxanaya göndərildim. Xəstəxanada Atatürk və İnönünün
rəsmlərini qəzetlərdə gördüm. Türkiyənin azad olmasından bəhs edirdilər.
Bölüyümə qayıtdığım zaman tərxis olundum. Bakıya gəldim. "Gəncədə bizə güllə
atdın” deyib ruslar məni tutub hərbi divana verdilər, həbs etdilər.
Mənə edam hökmü oxundu. Edama qədər hər gün Dağlı məhəlləsindəki
karxanalarda daş qırmağa göndərdilər. Bir gün başçımız olan türk milisi ilə
birlikdə qaçdıq. Orda-burda gizləndim. Bir gecə yük vaqonları ilə Şirvanın
Kürdəmir bölgəsinə gəldim. Burada bir İran pasportu alaraq illərlə stansiyada hamballıq etdim. Bir gün
orada Qaraqoyun ərazisində rejimə qarşı üsyan oldu. Mən də aralarına qarışdım. Bir ay vuruşduq, Qarabucaq stansiyasının dəmiryolu körpüsünü
dağıtdıq. Günlərlə Tiflisdən qatar gələ bilmədi. Nəhayət, atacaq kurşun və
gülləmiz qalmadı, dağılışdıq, gizləndik. Bu ərəfələrdə Afyonkarahisarın
Sülmənli kəndindən İbrahim adlı bir əsir mənə xəbər göndərdi. Türkiyəli 73
əsirin altısını "siz yerli türklərlə birgə hərəkət etdiniz” deyərək ruslar
güllələmişlər. Qalanları həbsdə imiş. Mən çöldə olduğum üçün onların dərdlərini
və vəziyyətlərini türk səfirinə bildirsəm, qurtuluş ümidləri olarmış. Bir gecə
yük qatarı ilə Bakıya gəldim.
O zamanlar Türkiyə səfiri Mahmud Şövkət Əsəndal idi. Yanına getdim,
məsələni anlatdım. "Mən indi Moskvadan vəziyyəti araşdıraram” dedi. Geri dönüb
Kürdəmirin Xəlilli kəndinə gəldim. Yaxın dostum Şebinkarahisardan olan Zühdü
əfəndi mənə bir kağız göndərmişdi. Bu kağız Sibirdə düşərgə komandanı
tərəfindən azad edilmiş kazanlı bir əsirə verilib. Əsir geri dönərkən Sibir
yolunda ölür, orada gömülür. Zühdü əfəndi də Sibirdən gəldiyi üçün bu hadisəyə
şahid olmuş, ona verilən kağızı saxlamış. Mən bu sənədi mənim imiş kimi,
Tiflisdəki türk konsulluğuna verdim. Azəri olduğum halda mənə kömək etdilər.
Öncə Batuma, 25 iyun 1924-cü ildə Hopa yolu ilə əvvəlcə Girəsuna, sonra
Şebinkarahisara vardım. 8 yanvar 1925-ci ildə Türkiyə vətəndaşı oldum.
– Azərbaycan türklərinin
millətçiliyə önəm verdiklərini bilirik. Bugünkü Azərbaycanda milli bir axının
varlığına inanırsınızmı?
– Bu gün bu məsələ bizə məchul kimi görünsə də, İkinci Dünya
Müharibəsində almanlarla bir arada rus sürülərinə qarşı savaşan, sonra
Türkiyəyə sığınan azəri türkləri bizlərdən daha qatı millətçidirlər. Bu da
azəri türklərindəki milli ruhun heç bir ortamda gücünü itirməyəcəyini göstərir.
Vətənimdir, vətənimdir, vətənim... Doğrasalar dilim, dilim, Azəridir mənim
dilim.– Azərbaycan hürriyyət
mücadiləsində olmuş, sonra Türkiyəyə gəlmiş məşhurlar vardırmı, bugünkü
vəziyyətləri necədir, onlara önəm verilibmi?
– İmperialist rus sürülərinin istilasından sonra Azərbaycan Milli
Şurasının sədri (rəisi-cümhur) Məhəmməd Əmin Rəsulzadə, tarixçi yazar
Mirzəbala, yazar Əbdülvahab Yurdsevər, yazar, millət vəkili Sadıq Aran, yazar
Əli Azərtəkin, yazar Əjdər Qurtulan, millət vəkili Abbas Kazımzadə və daha bir
çoxu Türkiyəyə gəldi, burada müxtəlif məsləklərdə çalışdılar. Bu çox dəyərli
insanlara Türkiyədə lazımi qədər önəm və vəzifə verilmədi. Hətta bir çoxlarının
məzarı da hazırlanmayıb, unudublar. Milli dəyərlərinin dəyərini anlaya bilməmək
bizim xüsusiyyətimizdir hər halda...– Bugünkü Azərbaycanda necə
yaşayırlar?
– Bu gün Sovet İttifaqında kommunizm iflas etməkdədir. Bu səbəbdən
Kommunist Partiyası İşçi Sosialist Partiyası şəklinə dəyişdirilir. Dövlət
kapitalizmi fərdiyyətçilik sisteminə doğru gedir. Fərdlərin tarlası, bağı,
bostanı, meşəsi bəhrəsiz hala gətirilib. Dövlət xəzinəsi iflas etdiyi üçün
kolxozlar öz fərdlərinə yenidən yarım və ya bir hektarlıq kiçik ərazilər verib
qurumuş, bəhrəsiz qalmış bağ, bostan və bu kimiləri yaşayışları üçün yenidən
canlandırmağa başlayıblar. Azərbaycanda göyərti, ət, yumurta, toyuq, süd az da olsa, əldə edilir. İşçi, sürücü, məmur – hamısı fərdi qazanc yoluna doğru yönəliblər. Rüşvət bütün ölkələri geridə qoyacaq qədər irəlidədir... Hürriyyət? O, təbii ki, yoxdur... Türkiyədə azadlığı bəyənməyənlər hürriyyətsizliyi Rusiyada görsünlər, hansı nemətə sahib olduqlarını anlasınlar.
"Türk dünyası” dərgisi
Sayı 36-37. 1975-ci ilHazırladı: Dilqəm ƏHMƏD