Bakıda ilk dəfə Dünya İslam Kulinariya Konqresi keçirilib - Fotolar
İyul
16-da Bakıda "Super Sun” yağı və "Azərçay” markalarının dəstəyi ilə ilk dəfə
olaraq Dünya İslam Kulinariya Konqresi keçirilib. Azərbaycan Dövlət
Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya
Assosiasiyasının (AMKA)birgə təşkilatçılığı ilətəşkil edilmiş beynəlxalq
layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri
iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayan tədbirdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri
Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu
bildirdi və təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu qeyd
etdi. Daha sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov
Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq Ümummilli Lider Heydər Əliyevin
Azərbaycan mətbəxinin dünyada tanıdılması istiqamətində verdiyi qərarlar və
atdığı addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm
işlərin görüldüyünü söyləyib.
O, ölkə başçısı cənab İlham Əliyevin və I
vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi
olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək, təşəkkürünü
bildirib. Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə
məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini
bildirib. İlk dəfə olaraq təşkil edilən Dünya İslam Kulinariya
Konqresində daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək mətbəxin mədəniyyətin
ən vacib sahələrindən biri olduğunu qeyd edib. Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin
mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarına
uğurlar arzu etdi.
Dünya İslam Kulinariya Konqresində
atılmış daha bir önəmli addım isə "Hilal Star” mükafatının təsis və ilk
dəfə təqdim edilməsi oldu. Bütün dünyada məşhur olan və restoranların yüksək
keyfiyyətini bildirən "Mişlen ulduzu”nun İslam analoqu olan bu mükafat ilk dəfə
olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən "Turan”
restoranına təqdim edildi. 18 iyula qədər davam edəcək tədbir çərçivəsində II
Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi,
həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Azərçay” və "Super Sun” markaları daim azərbaycanlı kulinarlara
dəstək verərək onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq
yarışlarda qələbələr qazanmasında mühüm rol oynayır. İştirak etdikləri beynəlxalq
yarışlarda "Super Sun” yağından istifadə edən azərbaycanlı aşpazlar, hər zaman ən
yüksək mükafatlarla təltif edilirlər. Artıq ölkə hüdudlarını aşaraq dünyanın
bir çox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış "Azərçay”
markası da mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən
olur üzərində daşıdığı "Made in Azerbaijan” yazısını layiqincə daşıyaraq, ölkəmizi
yüksək səviyyədə təmsil edir.
Günel