Azərbaycanın İlk Mobil Operatoru
və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilər tərəfindən
"Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə
növbəti dəfə "Socially Devoted” sertifikatına layiq görülüb.
Böyük şirkətlərin sosial şəbəkələrdəki
fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq "Socialbakers” şirkəti
2019-cu ilin II rübündə daxil olan sorğuların Bakcell tərəfindən 100%-ni
cavablandırdığını qeyd edib. Qeyd edək ki, Bakcell cari ilin I rübündə də ən
yüksək nəticə göstərərək "Socially Devoted” sertifikatına layiq görülüb.
Bakcell şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən
yüksək nəticəyə nail olur.
Yüksək
keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti "Bakcell”in fəaliyyətinin
prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların
geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin
suallarının cavablandırılması baxımından "Bakcell”in vacib kommunikasiya vasitələrindən
biridir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet
Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE
mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi
daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun
abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə
edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində
beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti
tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə
adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli
mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla”
şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli
mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə
etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya
555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və
ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və
xidmətləri haqqında məlumat əldə edə bilərlər.