“Azeri Light”ın bir barrelinin qiyməti 68 dollara düşüb

“Azeri Light”ın bir barrelinin qiyməti 68 dollara düşüb

İqtisadiyyat
18 Sentyabr 2019, 13:30 102
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,40 dollar geriləyərək 68,70 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.