• çərşənbə, 24 Aprel, 19:11
  • Baku Bakı 23°C

“Azercell” fəaliyyətin tam gücü ilə davam etdirir - Şirkətdən açıqlama

07.06.16 18:03 1064
“Azercell”  fəaliyyətin tam gücü ilə davam etdirir - Şirkətdən açıqlama


Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bildirib ki, "Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir. Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.
Bundan basqa, 01 iyun 2016-ci il tarixindən qüvvəyə minənLisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,"Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir.
banner

Oxşar Xəbərlər