AZE | RUS | ENG |

Azərbaycanı təzyiqlə öz yolundan döndərmək mümkün deyil

Azərbaycanı təzyiqlə öz yolundan döndərmək mümkün deyil
Xarici anti-Azərbaycan qüvvələrin və daxildəki “5-ci kolon”un bu cəhdləri iflasa məhkumdur

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artıb, əhalinin sosial rifahı yüksəlib, ölkəmiz beynəlxalq arenada söz sahibi olub. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olub. Müstəqil Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə də malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub. Bununla yanaşı, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Təbii ki, bu uğurların başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin xalqın maraqlarına xidmət etməsidir. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkə kimi ad çıxarıb. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Dövlət başçısının sosial sahədə atdığı mühüm addımlar isə əhalinin rifahının daha da yüksəlməsinə səbəb olub. Bir qədər əvvəl vurğuladığımız kimi, bu siyasət Azərbaycan xalqı tərəfindən alqışlanır, vətəndaşlarımız Prezident İlham Əliyevə böyük etimad və rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyirlər. Fransanın "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri də bunu bir daha təsdiq edib.
Əlbəttə ki, bu, Azərbaycanla münasibətləri yüksək səviyyədə, strateji tərəfdaş olan dost ölkələri sevindirir. Bununla belə, ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi, regionun güclü dövləti kimi nüfuz qazanması işğalçı Ermənistanı, dünyadakı erməni lobbisini və onların təsiri altında olan qüvvələri ciddi narahat edir. Azərbaycanın uğurlarını həzm etməyi bacarmayan həmin qüvvələr müxtəlif vasitələrlə, o cümlədən "5-ci kolon” funksiyasını yerinə yetirən sapı özümüzdən olan baltalarla ölkəmizin, həmçinin dövlət başçısının və yaxın ətrafının əleyhinə kampaniyaya başlayır, qaragüruhçuluğa geniş yer verirlər. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar da ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.
 
Milli Məclisin deputatı Azər Badamov da hesab edir ki, xarici anti-Azərbaycan qüvvələrin və daxildəki "5-ci kolon”un növbəti çirkin kampaniyası onların sifariş yerinə yetirdiklərini növbəti dəfə nümayiş etdirir. O bildirib ki, Azərbaycanda baş verən hadisələrin oxşarı dünya ölkələrində də baş verir: "Amma heç bir ölkədə bizdəki kimi məqsədyönlü təbliğat həyata keçirmirlər. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda özlərini radikal müxalifət qrupları adlandıran qüvvələr müəyyən sifarişlərin icraçısıdırlar və məqsəd ölkədə siyasi sabitliyi pozmaq, inkişafı ləngitmək, əldə olunan uğurlara kölgə salmaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Bundan ciddi narahat olan həmin qüvvələr ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirməyə cəhd edirlər. Azərbaycanda baş verən hadisələr bütün dünyada baş verir. Lakin başqa ölkələrdə baş verən hadisələr bəzi qüvvələr tərəfindən Azərbaycandakı kimi şişirdilmir, hakimiyyət əleyhinə yönəldilmir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət xalqın maraqlarına xidmət edir. Ölkədə əldə olunan bütün uğurlar xalqa istiqamətlənib. Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə kənardan müdaxilə etmək istəyənlər olsa da, bu birlik gündən-günə daha da güclənir”.
 
Millət vəkili Tahir Rzayev də bildirib ki, Azərbaycanın uğurunu gözü götürməyən qüvvələr daim ölkəmizin inkişafına, nailiyyətlərinə kölgə salmağa cəhd ediblər və bu proses indi də davam edir. Onun sözlərinə görə, bu, Azərbaycan dövlətinin və Prezidentinin fəaliyyətinə qara yaxmağa çalışan qüvvələrin məkrli kampaniyasıdır: "Ermənilər həmişə bu kampaniyanın önündə durur. Bu gün də ermənilər bu kampaniyanın fəal üzvləridir. Təəssüflər olsun ki, hətta bu prosesdə özümüzdən olan naxələflər də iştirak edir, müəyyən dairələrə Azərbaycan haqqında yanlış məlumatlar ötürür, şər və böhtanlar yayırlar. Azərbaycanın inkişafı göz qabağındadır və bunu bütün dünya görür. Ona görə də Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar bu inkişafı, ölkə rəhbərinin həyata keçirdiyi siyasəti dəstəkləyir, Azərbaycanla yaxından əməkdaşlıq edirlər. Çünki həmin qurumlarda ağıllı və uzaqgörən siyasətçilər var. Onlar bu antimilli ünsürlərin ölkəmizlə bağlı yalan məlumatlarını ciddi qəbul etsəydilər, Azərbaycanla əməkdaşlıq etməzdilər. Həmin təşkilatlar araşdırma aparır, Azərbaycanın uğurlarını, inkişafını görür və buna görə də rəsmi Bakı ilə əməkdaşlığa razılıq verirlər. Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzunu, onun dünyada sülhə, əmin-amanlığa çağırışlarını eşidir və Azərbaycanla yaxından əməkdaşlıq etmək istəyirlər. Azərbaycan ziyalıları, millət vəkilləri həmin qüvvələrə fəaliyyətləri ilə cavab verməlidir. Biz Azərbaycanın inkişafını geniş təbliğ etməliyik, Azərbaycanın uğurları barədə məlumatları faktlarla beynəlxalq aləmə çıxarmalıyıq. Biz Azərbaycanın əldə etdiyi nəticələrlə sübut etməliyik ki, antimilli ünsürlərin dedikləri həqiqətən də qarayaxma, böhtandır, onlar Azərbaycanı istəməyən qüvvələrdir”. Sonda bir daha qeyd edək ki, Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə, qarşıdan gələn dövrdə ölkəmizin bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi bu gün də, gələcəkdə də ehtimal olunandır. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir. Bütün bunlar Azərbaycan ictimaiyyətinə, ekspertlərə yaxşı məlumdur. Onlar xarici anti-Azərbaycan qüvvələrin və daxildəki "5-ci kolonun” bu cəhdlərinin arxasında hansı maraqların durduğunu düzgün yəqin edirlər. Lakin heç kimə sirr deyil ki, bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Azərbaycan cəmiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcək. Alpər TURAN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775