• çərşənbə axşamı, 19 mart, 13:25
  • Baku Bakı 8°C

"Azərbaycanda təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir"

23.09.19 14:38 467
"Azərbaycanda təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir"
Azərbaycanda bir çox təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda daxili məlumatların ölkədən kənara çıxmasına şərait yaradır ki, bu da ölkə qanunvericiliyə ziddir.
Bunu "APA-Economics”ə "Lenovo Datacenter Group”un Azərbaycandakı rəhbəri Rasim Bəxşi deyib.
Onun sözlərinə görə, əksər halda belə təşkilatlar sifarişçilərə tez bir zamanda həllərin təşkil edilməsi üçün ölkə xaricində olan "bulud” həllər təklif edirlər.
"Daxili bazarın əsas problemi – köhnə infrastrukturun mövcudluğudur. Belə ki, ölkədə sifarişçilərin 95%-nin müasir texnologiyaları qəbul etmələrinə baxmayaraq, 10 il əvvəl aldıqları həlləri bu gün də alırlar. Söhbət fərqli-fərqli müxtəlif səviyyəli məlumat saxlama sistemlərindən gedir, hansılar ki, bir-biri ilə uzlaşmır. Vaxt keçdikcə bu sistemlərin miqrasiyasında çətinliklər yaranır ki, bu da bir çox hallarda servislərin dayanmasına gətirib çıxarır”, - deyə R. Bəxşi qeyd edib.
Mütəxəssisin sözlərinə görə, daxili bazarın iki problemi var – təşkilatların məhdud maliyyə resursları və köhnə infrastruktur.
"Vacib məqamlardan biridə - elementar qorxu. Belə ki, şirkətlər yeniliyə doğru addımlamağa çəkinirlər. Bu isə öz növbəsində bazarda pat vəziyyətə gətirib çıxarır və olduqca ciddi nəticələrə səbəb olur. İstisna deyil ki, belə fors-major hallar artıq gələn ildən etibarən özünü büruzə verəcək və bir çox sifarişçilər vendorlara üz tutaraq kömək istəyəcəklər”, - deyə R. Bəxşi əlavə edib.
banner

Oxşar Xəbərlər