AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda ötən il adambaşına düşən xarici dövlət borcu 903 dollar olub

Azərbaycanda ötən il adambaşına düşən xarici dövlət borcu 903 dollar olub

İqtisadiyyat
02 Aprel 2020, 18:36 394
2019-cu ilin sonuna xarici dövlət borcunun məbləği 9 091 mln. ABŞ dolları, o cümlədən birbaşa xarici dövlət borcu 8 320 mln. dollar təşkil edib.
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.
Məlumata əsasən, xarici dövlət borcunun məbləği 2018-ci il ilə müqayisədə 1,8% artıb.

İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9%-ni təşkil edib, adambaşına xarici dövlət borcu isə 903 dollar olub.
Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 927,1 mln. dollar (15 176 mln. manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 19% (2018-ci il üçün hesablanmış 79 797,30 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.