AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda sahibkarlara son 19 ildə 2,6 mlrd. manat güzəştli kreditlər verilib

Azərbaycanda sahibkarlara son 19 ildə 2,6 mlrd. manat güzəştli kreditlər verilib

İqtisadiyyat
29 Mart 2021, 20:15 569
2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 mlrd. manat olan 38 mindən artıq sahibkara 2,6 mlrd. manat güzəştli kredit verilib.
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, bu, 173 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.