• çərşənbə, 24 Aprel, 09:02
  • Baku Bakı 13°C

Azərbaycanda kompüter istehsalı artıb

25.03.20 14:15 1720
Azərbaycanda kompüter istehsalı artıb
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub.
Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 14,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,4 dəfə artıb.

banner

Oxşar Xəbərlər