• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Azərbaycanda aparılan siyasətin əsasında vətəndaşların təhlükəsizliyi və sağlamlığı dayanır

06.06.20 22:38 596
Azərbaycanda aparılan siyasətin əsasında vətəndaşların təhlükəsizliyi və sağlamlığı dayanır
Azərbaycan Prezidentinin apardığı siyasətin əsasında vətəndaşların təhlükəsizliyi və sağlamlığı dayanır və biz bunu hər gün öz həyatımızda hiss edirik.
Trend-in məlumatına görə, bunu "Real” TV-ə müsahibəsində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Azərbaycan Prezidentinin koronavirus pandemiyasının yarandığı ilk gündən atdığı addımlar bu pandemiyanın qarşısının alınması üçün ölkədə gördüyü tədbirlər beynəlxalq birlik tərəfindən də çox yüksək dəyərləndirilir:
"Təsadüfi deyil ki, bu addımlar bütün dünyada nümunə olaraq misal göstərilir. Azərbaycan Prezidenti koronavirusun yarandığı ilk dövrdən çox çevik, çox təsirli tədbirlər görüb və bunun nəticəsində də koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alınmışdır”.
banner

Oxşar Xəbərlər