• cümə, 19 Aprel, 18:23
  • Baku Bakı 24°C

Azərbaycanda analoqu olmayan realiti şou

08.11.13 12:05 1535
Azərbaycanda analoqu olmayan realiti şou
Azərbaycanda ilk dəfə olaraq Avropa səviyyəsində realiti şou hazırlanacaq. “Kaspi Global” Böyük Britanyanın dünyaca məşhur “Britain`s Got Talent” layihəsinin formatına uyğun olaraq proqram hazırlanmasına start verib.
“Kaspi Global” istehsalçı şirkət Talkback Thameslə aparılan danışıqlar nəticəsində verilişin yayım hüququ üçün lisenziya alınmasınna razılıq əldə edib. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin iştirak edə biləcəyi verilişdə bacarıqlar nümayiş olunacaq. Sonda ən yaxşı istedad sahibi münsiflər tərəfindən qiymətləndiriləcək. Azərbaycan teleməkanında böyük əks-səda doğuracaq şou yerli və əcnəbi ekpertlərin birgə səyi ilə reallaşacaq. “Kaspi Global” dan Bmm.az-a verilən məlumata görə, layihənin hazırlıqları yekunlaşmaq üzrədir və yaxın zamanda yerli televiziyaların birində yayımlanacağı gözlənilir.
Qeyd edək ki, 2007 ci ildən İngiltərənin Independent televiziyasında yayımlanan şounun rəhbəri Simon Cowel və Ken Warwickdi. Talkback Thamesin istehsalı olan və Syco televiziyası ilə birgə hazırlanan şouda münsiflər heyəti Amanda Holden, Alesha Dixon, David Walliams və başqalarıdır.
banner

Oxşar Xəbərlər