AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Siyasət
17 Yanvar 2020, 12:37 971
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib: "Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".
Xatırladaq ki, son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.