• çərşənbə axşamı, 19 mart, 07:41
  • Baku Bakı 8°C

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb

16.07.19 13:08 19090
Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb
Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 37 faiz artıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib.
S.Məmmədov qeyd edib ki, bu il isə bu artım 15 faiz təşkil edib.
Nazir müavininin sözlərinə görə, hazırda ölkələr arasında ticari-iqtisadi sahədə 15-dən çox sənəd imzalanıb: "İqtisadi əməkdaşlığa dair işçi qrup yaradılıb. Ölkələrimiz nəqliyyat, logistika, tranzit yükdaşımaları və başqa sahələrdə əməkdaşlıq üçün yaxşı potensiala malikdir".
"Laypis-Lazuli" tranzit marşrutunun xüsusi önəmini vurğulayan S.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər