Azərbaycan şou biznesinin prodüserlik sənətinin “ATASIYAM”

Azərbaycan şou biznesinin prodüserlik sənətinin “ATASIYAM”

Mədəniyyət
06 Avqust 2013, 09:33 1565
Deyirlər, bizdə bir şou biznes, bir də kino sənəti zəif inkişaf edib. Şou biznesin inkişafının zəif olmasını, müğənnilərimizin Biləcəridən o tərəfə kifayət qədər tanınmamağının əsas səbəbkarlarını hətta prodüserlərin savadsızlıqlarında da görənlər az deyil. Mətbuatda аvropalı prodüser Sultan kimi tanınan, Azərbaycan prodüserlik sənətinin yeganə təhsilli prodüseri redaksiyamızın qonağı oldu. İki universitet bitirdiyini, 7 dil bildiyini deyən prodüser şou biznesin bugünkü vəziyyətini, kənardan görünən mənzərəsini təsvir etdi. Sultan bizimlə söhbəti zamanı bu günə qədər eşitmədiyimiz, sənətin görünməz tərəflərini açıqladı.

Uzun müddətdir ki, mətbuata qalmaqallı açıqlaması ilə bu sənəti tərk etdiyini deyib ortaqlıqda görünməyən prodüser bu gün özlərinə prodüser deyən, insanların sadəcə makler rolunu oynadıqlarını söylədi.

Toylara Röyadan da baha gedirəm

- Bir neçə aydır ki, sizi nə efirlərdə, nə də ki, mətbuatda görürük. Eşitdik ki, şou biznesi tərk etmisiniz. Eşitdiklərimiz doğrudurmu?

- Bəli. Röya Ayxanın konsertindən sonra bir müddət efirlərdə görünmədim. Şəxsi həyatımın da burada rolu var idi, həm də cavanlığımdan və bəlkə də tənbəlliyimdən də irəli gəldi ki, bu müddət ərzində ancaq istirahət etdim. Düzdür sənətim bir az arxa planda qaldı. Martda əsəbiləşmişdim, qərara gəldim ki, Türkiyəyə köçüm. Hətta orada ev də aldım. Türkiyədə sadə biznes qurmağı düşünürdüm. Ancaq dostlarımın xahişi və təkidləri nəticəsində geri qayıtdım. Bu gün nə efirə çıxıram, nə də müsahibə verirəm. Heç kimin yazısına da münasibət bildirmirəm. Hazırda yay fəslinin olmasına baxmayaraq yeni mövsümə yeni layihələrlə tamaşaçıların görüşünə gələcəm.

- Bilmək olar yeni layihələriniz nədən ibarət olacaq?

- “Sultan production” -nın sentyabr ayında 3 möhtəşəm qala konserti gözlənilir. Həmin layihənin сentyabrın 1-dən oktyabrın 15-nə qədər gerçəkləşməsini nəzərdə tutmuşuq. Qeyd edim ki, “Sultan production”-nın bu il 5 yaşı tamam olur. Konsertin biri də onunla əlaqədar olacaq. Birinci konsertim xaricdə, ikinci konsertim Bakıda, üçüncü işimiz isə işlədiyim bir müğənniyə sürpriz şəkildə təşkil edəcəyəm. Bu da konsert şəklində olacaq. Mövsümə belə başlayacağıq. Ondan sonra xaricdə konsertlər olacaq, artıq danışılar эедиб, müqavilələr hazırdır. Hər şeyi açıb demək istəmirəm. Çünki məni sevənlərlə bərabər sevməyənlər də çoxdur. Bir sözlə, 5 il ərzində prodakşınımız Avropada Azərbaycanı necə təbliğ edibsə bu gün Azərbaycanda yaşayan vətəndaşlarımıza o ərməğan şəkildə təqdim olunacaq.

Konsertlərimdə çox tanınmış və orta səviyyəli müğənnilər də olub. Az reklam olunan və gənc müğənnilər də olub ki, onlara çox dəstək olmuşam. Nəinki gənc müğənnilər hətta İlhamə Quliyeva, Elza Seyidcahan, Almaz Ələsgərli, Qismət, Tünzalə Ağayeva, Azərin, İzzət Bağırov, Mehrin, Elnur Quliyev, Lalə Məmmədova, Röya Ayxan kimi müğənnilərə konsertlər təşkil etmişəm. Röya mənə çox dəstək olub, nə olursa olsun onun dəstəyini itirmərəm.

- Siz həm də ifaçı kimi fəaliyyət göstərirsiniz. Prodüserlik sənətində o qədər pul yoxdurmu ki, ifaçılıq edirsiniz?

- Xeyr. Vəziyyət elə deyil. Hazırda Türkiyədə albom hazırlayıram. Buradan da, Türkiyədən də mahnılar almışam. Çoxları buna inanmasa da vecimə də deyil. Türkiyə şou biznesində sevdiyim, müğənnidən mahnı da almışam, aranjemanını elətdirmişəm. Bakıda həmin mahnıları noyabr ayında oxuyacam. Onu da qeyd edim ki, Azərbaycanda yeganə insanam ki, yüksək qonorara toya gedirəm. Bu gün Azərbaycanda heç Röya Ayxan belə o qiymətə toya getmir. Belə ki, йarım saatlıq toya 10 min manata oxuyuram və 1 qəpik də düşmürəm. Şükürlər olsun ki, tələbat da var, ayda 5-6 toya gedirəm. Azərbaycandakı toylarla bərabər xaricə də toya gedirəm. Düzdür, professional müğənni deyiləm. Teymur Əmrahın məktəbini, Konservatoriyanı bitirməmişəm. Amma mənə tələbat var. Mənim oxumaq üçün pula ehtiyacım yoxdur. Məni sevən insan onsuzda toyuna çağıracaq.

Prodüserlərə meydan oxuyuram

- İndi prodüserlər arasında “Nömrə 1” mübarizəsi gedir. Siz kimi birinci görürsünüz?

- Bir şey etiraf edim ki, indiyə kimi heç kimə onu açıqlamamışam. Bu gün mən Azərbaycan şou biznesinin prodüserlik aləmində “ATASIYAM”. Məndən yaşlı prodüserlər də var ki, heç onları də prodüser kimi qəbul etmirəm. Ad çəkməyəcəm. Onlar mənim atam, babam yaşında insanlardılar. Bu gün mənəm-mənəm demək istəmirəm. Mən Sultan bu gündən etibarən kim ki, şou aləmində özünə prodüser deyirsə onlara səslənirəm “Bu meydan bu da şeytan”. Bu gündən bütün prodüserlərə meydan oxuyuram. Şou biznesdə yeganə prodüserəm ki, bu sənətin məktəbini oxumuşam, iki уniversitet bitirmişəm, özü də xarici dildə. 7 dil bilirəm.

Şou biznes aləmində işə professional tərəfdən yanaşanda sinəmə döyürəm ki, şou biznesin prodüserlərin atası elə birincisi mənəm. Prodüserləri elə birinci mən reklam etmişəm, şou aləminə bu sənətini də mən gətirmişəm. Həyatda «nömrə 1» varsa o da ki, göydəki allahdır, siz bəndələrsiniz. Onu deyən prodüserlər nə murdarlıqlarla, səviyyəsizliklərlə, tərbiyəsizliklərlə, əxlaqsızlarla pul qazanırlar, hələ çıxıb mətbuata deyirlər ki, mən “Nömrə 1”-əm. Çıxaq şəhərə görək onun haqqında nə danışırlar mənim haqqımda nə danışırlar. О адамлара демяк истяйирям ки, bütün günü müğənnililərin şəxsi həyatını mobil telefona çəkib sosial şəbəkələrdə əxlaqsız şəkillərini paylaşanlar da sizsiniz. Müğənniləri şantaj edəndə sizsiniz. Tərbiyəsizliklərlə məşğul olanlar da sizsiniz. Sonra da durub sənətdən danışanda şoka düşürəm. Heç kimin bostanına da daş atmaq istəmirəm. Heç kimlə də işim yoxdur. Onları allaha, bir də vicdanlarına tapşırıram. Uzun zaman idi ki, səssiz idim, gördüm ki, bundan istifadə edənlər var. Röyanın Almaniyada konsertini təşkil etdikdən sonra Tolik çıxdı efirdə dedi ki, Sultandan əvvəl Röyanın konsertini orada mən eləmişdim. Edibsə onun bir nümunəsini efirlərdə göstərərdi. Konsertin olmasına olmuşdu, ancaq gətirib mətbuata heç nə göstərə bilməmişdi. Ona görə ixtiyarı yoxdur desin ki, Röyanın Avropada ilk konsertini mən etmişəm. Röya çox gözəl insandır, mərd qızdır. Prodüserləri çox istəsəm də, hamısına hörmət də etsəm də əgər aralarında nömrə 1 varsa o da mənəm. Qoy mənim işlərimə baxıb ləzzət alsınlar.

- Mətbuatda аvropalı prodüser Sultan kimi tanınırsınız. Bu adı sizə kim verib?

- Avropa prodüseri ləqəbi almağımda bizim Avropada yaşayan Azərbaycanlıların böyük rolu və dəstəyi olub. Baxmayaraq ki, Avropada böyümüşəm, ömrümün 70 %-ni orada keçirmişəm. Ancaq daxilimdə vətənpərvərlik ruhu, Azərbaycan mədəniyyətinə sevgi var. Avropada yeganə Azərbaycanlıyam ki, prodakşın rəhbəriyəm ki, müğənnilərimizin orada bu qədər konsertini təşkil edirəm. Bir çox gözəl konsertlərdə imzam var. Bunları da nəyəsə görə etmirəm. Bu mənim qanımdan, canımdan gəlir. Bunu reklam, gündəmdə qalmaq üçün də demirəm. Avropa prodüseri kimi möhürü vurulmuş insanam. 10 ildən sonra dünyamı da dəyişsəm də Sultan elə Avropa prodüseri kimi də qalacaq. Allah tala mənə elə bir iş strukturu yaratdı ki, bunu məndən başqa heç kim edə bilmədi. Məndən başqa da Avropada konsertlər təşkil ediblər, amma səviyyə baxımından mənim təşkil etdiyim kimi konsert alınmayıb. Kanalların birində o barədə danışmışdım. Müğənnilərin biri mənə zəng vurub hədələdi ki, niyə mənim xaricdəki konsertimin adını hallandırırsan. Konsert odur ki, səhnəsi və tamaşaçısı olsun. Əgər konsert restoranda keçirsə mən ona konsert demirəm. Ona bazar kimi baxıram. Oradakı konsertləri təşkil edən elə bizdə toyxanalardakı kimi olur. O konsert deyil. Мən də restoran kirayə edib, müğənnini orada oxutdura bilərəm. Bu ucuzluqdur, səviyyəsizlikdir. O təbliğat deyil. Əgər xaricdə əcnəbiləri yığıb öz muğamımı onlara göstərə bilmirəmsə hansı təbliğatdan danışa bilərəm. Haqqım da yoxdur. Sənətimi çox sevirəm. Düşünürəm ki, məndən sonrası yoxdur. Məndən əvvəli də olmayıb olmayacaq da.

İllər öncə istədim ki, Azərbaycanda prodüserlik məktəbi açım. Layihəni Təhsil Nazirliyinə də təqdim etdim. Sonradan fikrimi dəyişdim. Gördüm ki, bu gün bu sənətə gələn gənc kadrların yalnız bir fikir var. O da ki, tanınsın küçəyə çıxanda hamı onu göstərsin, bahalı maşını olsun, bağı olsun, evi olsun və çoxlu pulu olsun. Bu zaman da sənət məhv olur. Onlar düşünür ki, nə oluramsa olum şəxsiyyətimi, mənliyimi, qeyrətimi satım, amma təki tanınım. Mən belə şeylərin tərəfdarı deyiləm. Bu gün tələbələrim var ki, savadlıdırlar, gündəmə də gətirmirəm, qoymuram ki, efirə çıxsınlar. Bu il 3 tələbəm İngiltərəyə Azərbaycanı layiqli professional prodüser olmaq üçün təhsil almağa gedirlər.

- Asiyada, Avropada konsertlər təşkil etmisiniz. Konsert salonuna tamaşaçıları necə cəlb edirsiniz?

- Afrika, Asiya, Avropada olmuşam, konsertlər təşkil etmişəm. Avropada özümə iş strukturu yaratmışam. Avropada prodakşın rəhbəriyəm. 10 ildir ki, zal doldurmaq barəsində çətinliyim yoxdur. Müğənni var ki, 500, 1000 nəfər топлайа bilərəm, müğənni də var ki, onun konsertinə heç 7 nəfərdə yığa bilmərəm. Bu da mənim başıma gəlib.

Heç heyvanlarda 5 oktavalıq səs olmur

- Hansı müğənnin konsertinə 7 nəfər gəlib?

- O, insan tanınmış müğənnidir. Xalq artistidir. Adını çəksəm rüsvay olar. Müğənni var ki, tələbat var, müğənni var ki, tələbat yoxdur. Misal üçün Röya Ayxandan sonrakı layihəm alınmadı. Mən onu təxirə salası oldum. Həmin qadın müğənni çıxıb efirlərdə dedi ki, Sultanla iş birliyim alınmadı. Sən mənə təklif etmişdin ki, mənim konsertimi təşkil elə. Mən ona yalvarmamışdım ki. Növbəti bir etiraf edim ki, Röya xanımdan sonra mənim qiymətim daha da artdı. Bir müğənnimiz var deyir ki, 5 oktavalıq səsim var. Heç heyvanda 5 oktavalıq səs olmur. Qaldı ki, onda olsun.

- Adı nədir həmin ifaçının?

Sualımızın gözlənilməz cavabı gələn sayımızda. Ardı var...

Xəyalə Rəis