AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərbaycan Rusiyanın tək regionda deyil, dünyada ən əhəmiyyətli tərəfdaşıdır”

“Azərbaycan Rusiyanın tək regionda deyil, dünyada ən əhəmiyyətli tərəfdaşıdır”

Siyasət
07 İyul 2020, 17:19 460
"Valday” klubunun rəhbəri hesab edir ki, Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması təqdirəlayiq bir addımdır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın "Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə "Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı onlayn konfransına Rusiya mediasında geniş yer verilir. Qeyd edək ki, tədbir çərçivəsində hakimiyyət nümayəndələri və iki ölkənin ekspertləri koranavirus pandemiyası fonunda energetika sahəsində mövcud durumu, eləcə də, iki ölkənin bu mürəkkəb dövrdə üzləşdikləri çağırışları müzakirə ediblər. "Moskva-Baku” portalına müsahibəsində "Valday” Beynəlxalq Diskussiya Klubunun rəhbəri, onlayn tədbirin aparıcısı Andrey Bıstrıçkiy tədbirdən irəli gələn bu və digər məsələlərə toxunub. Rusiya ilə Azərbaycan arasında münasibətləri müzakirə etməyin hər zaman aktual olduğunu vurğulayıb. "Nəyə görə? Çünki bizim münasibətlər, əməkdaşlıq var və əgər bu varsa, müzakirə olunmalıdır və olunur da. İkincisi, Rusiya ilə Azərbaycan arasında ənənəvi olaraq sıx və yaxşı münasibətlər formalaşıb. Bu da bizim ümumi işləri müzakirə etməyə əsas verir. Üçüncüsü, pandemiya fonunda bir sıra problemlər ortaya çıxıb, Rusiya və Azərbaycan da bu və digər səviyyədə buna cəlb olunublar. Söhbət enerji sahəsində, regional təhlükəsizlik, iqtisadi məsələlər, eləcə də, Yaxın Şərqdəki vəziyyətdən gedir”, - deyə A.Bıstrıçkiy bildirib. Ekspert qeyd edib ki, hər iki dövlət pandemiyanın doğurduğu iqtisadi və sosial problemlərin öhdəsindən yaxşı gəlir: "Problemlər var, lakin onlar fəlakət deyil. Hər iki ölkə şükürlər olsun ki, bütün məsələləri diqqətdə saxlaya bilirlər. O ki qaldı iqtisadi məsələlərə - böyük fəlakət hələ daxil olmayıb. Rusiya və Azərbaycan bütün ölkələr kimi, iqtisadi problemlərlə üzləşib. Azərbaycanın valyuta təhlükəsizliyi yastığı mövcuddur. Biznes və insanlar üçün maliyyə yardımı açılır. Vəziyyətin gələcəkdə necə olacağını gözləyək. O ki qaldı dünyann dağılmağa doğru getdiyinə - dünya nizamına təhlükə əvvəlki kimi qalır. Və əgər dağılmayıbsa, dağılmaqdadır. Biz bunu müxtəlif münaqişələrin gərginləşməsində görürük. Koronavirus səbəbindən onların bir çoxu nəinki zəifləyib, əksinə, daha da güclənib. ABŞ-da baş verənləri görürük, daxili vəziyyəti necə gərginlşdiyini müşahidə edirik. Bu vəziyyətin necə sonuclanacağı qaranlıq olaraq qalır”.
Ölkəmizin koronavirus pandemiyasının öhdəsindən iqtisadi planda gəldiyini qeyd edən rusiyalı alim qonşu dövlətlərlə müqayisədə vəziyyətin xeyli fərqləndiyini deyib. Bildirib ki, Gürcüstan turizmdən yüksək dərəcədə asılıdır və pandemiya səbəbdindən bu sahə dağılıb. Ermənistana gəldikdə, ölkə varlı deyil və çətinliklər içində yaşayır. Bu səbəbdən də bu üç ölkəni müqayisə etmək olmaz, onların hər birində vəziyyətin fərqlidir: "Həqiqətən də Azərbaycan bütün dünya üçün fors-major vəziyyətində özünü məsuiyyətli və beynəlxalq cəmiyyətin təşəbbüskar üzvü kimi göstərməyə müvəffəq oldu. Bu gün də pandemiya fonunda ədalət naminə deyə bilərik ki,  Azərbaycan lider dövlət olmağa iddialıdır. Azərbaycan prezidenti çağırışlara reaksiya verməsi, eləcə də gündəmi vaxtında və yaxşı hiss etməsi ilə fəqrlənir. Azərbaycanın belə təşəbbüsü və təşəbbüskarlığı yalnız tərif və dəstəyə malikdir. BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması bütün dünyanı konsolidə etmək baxımından zəruridir və həqiqətən də yaxşı və təqdir olunmağa layiq bir addımdır. Bunun nə qədər yaxşı nəticə gətirəcəyi isə artıq başqa məsələdir. Dünya praktikasında pandemiya ilə bağlı konsolidasiya olunma nümunələri hələ ki, yoxdur. Avropa İttifaqından da güclü və sıx birlik yoxdur, o da fəalyyətini koordinə edə bilmir. Bu səbəbdən də belə təşəbbüslər zəruridir. Ola bilsin indiki zamanda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı irəliyə doğru getməkdə bir vasitəçi rolu oynasın. Biz bu gün müşahidə edirik ki, ABŞ-ın dünyada lider rolu azalır. Belə vəziyyətdə dünyada hər bir dövlət özü üçün yaşamağı öyrənməli, başqa ölkələrə orientasiya olmadan yaşamalıdır”.
Qeyd edək ki, pandemiya bir çox ölkələrin, o cümlədən fövqəldövlətlərin kataklizmlərə, xüsusən də, pandemiyaya hazır olmadğını göstərdi. Belə bir halda bir sıra dövlətlərin, məsələn, Rusiya və Azərbaycanın əməkdaşlıq formatı özünü daha qabarıq şəkildə göstərdi. Bu formatlara digər dövlətlərin qoşulması da hazırda aktuallıq kəsb edir. Rusiyalı ekspert bu fonda Rusiya-Azərbaycan-İran əməkdaşlığı, eləcə də, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlığı zəruri sayır. Onun qənaətincə, Rusiya-Azərbaycan münasibətləri pandemiyaya və ortaya çıxan problemlərə konstruktiv əməkdaşlıqla reaksiya verdi. Bir çox məsələlərin həlli onlayn rejimə keçdi. "Rusiya və Azərbaycanın özünün gündəmi var və bu gündəm pandemiyadan asılı deyil. Koronavirus hansısa bir mərhələdə, məsələn energetika sahəsində problem yaradıb. Karbohidrogen ehtiyatlarına maraq azalıb və bu da problemlər yaradıb. Rusiya və Azərbaycan bu ümumi çağırışlara cavab verməli oldular. İki ölkənin əməkdaşlıqla bağlı həll edəsi məsələləri var, onların münasibətləri çox vacibdir. Azərbaycan Rusiyanın əhəmiyyətli tərəfdaşıdır. Bizim ümumi maraqlarımız- energetika və nəqliyyat dəhlizlərini əhatə edir. Xəzər dənizi məsələsini də bura əlavə etmək olar. Bu səbəbdən də Azərbaycan və Rusiya tək regionda deyil, mən deyərdim dünyada əhəmiyyətli tərəfdaş dövlətdirlər. Təəccüblü deyil ki, bizim ölkələrin əlaqələri məsafəli olsa da, davam edir. Bunda da bir müsbət məna var. Hesab edirəm ki, pandemiya başa çatdıqdan sonra bir çox görşlər elə onlayn formada davam edərsə, belə daha əlverişli olar”, - deyə bildirib.
Onu da da qeyd edək ki, "Valday” diskussiyası zamanı Transadriatik boru xəttinin inşasının başa çatacağına da toxunulub. A.Bıstrıçkiy bildirib ki, Rusiya ilə Azərbaycan arasında enerji sahəsində hər hansı bir rəqabət mövcud deyil. Yalnız əməkdaşlıqdan söhbət gedə bilər və kimsə bunu rəqabət adlandırarsa, onda yalnız konstruktivin konstruktivi ola bilər. "Bütün işgüzar dünya iki haldan - rəqabət və kooperasiyalardan ibarətdir və onlar arasında balans olmalıdır. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə də belə balans var və çox uğurludur. Bu səbəbdən də bizim münasibətlədə sağlam olmayan rəqabət gözlənilmir” deyib. "Valday” klubunun rəhbəri sonda bildirib ki, bu gün Azərbaycanın beynəlxalq statusu artır və beynəlxalq arenada yeni qərarlar, yeni konfiqurasiyalar yaranır, bu isə o deməkdir ki, rəsmi Bakının manevr imkanları artır. Ümidvardır ki, azərbaycanlı tərəfdaşlarla münasibətlər daha da inkişaf edəcək.
 
Azər NURİYEV