• cümə axşamı, 28 mart, 17:58
  • Baku Bakı 16°C

Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17.09.19 13:15 562
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq
"Aqrar Tədarük və Təchizat" ASC "Şəhərdən Kəndə" adı altında qablaşdırılmış müxtəlif növ Zaqatala çayı və "Azərsun Holdinq” Şirkətlər Qrupu "Azərçay” brendi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında sentyabrın 27-dən 29-dək keçiriləcək "Çay şəhərciyi”ndə ölkəmizi təmsil edəcəklər.
AZƏRTACxəbər verir ki, "Çay şəhərciyin”də iştirak edən şirkətlər ölkələrində becərilən çay bitkisi, onun mənşəyi, rəngi, növləri, çay ritualları, eləcə də çayın orqanizmə faydaları haqqında məlumat vərəcəklər.
Azərbaycanı təmsil edəcək hər iki şirkət ziyarətçilərə ölkəmizdə becərilən və istehsal olunan çay növləri, onun tərkibinin zənginliyi, milli çay mədəniyyətimiz və çay süfrəsi haqqında danışacaqlar. Şəhərcikdə ziyarətçilərin milli çayımızın ətri və tamı ilə tanış olmaq, eləcə də şirkətlərimizin öz məhsullarını təşviq etmək imkanı olacaq.
Bu gün dünyada 35 ölkə çay istehsal edir. Çin (1.7 milyon ton), Hindistan (1 milyon ton), Kenya (369 min ton), Şri-Lanka (300 min ton), Türkiyə (225 min ton), Vyetnam (217 min ton) və Yaponiya (84800 ton yaşıl çay) çay istehsalına görə ön sıradadırlar.
Fransada ildə 20 min ton çay istehlak olunur və çayın illik dövriyyəsi 251.2 milyon avrodur.
Qeyd edək ki, bu gün dünyada hər saniyədə 10 min fincan çay içilir.
banner

Oxşar Xəbərlər