• cümə axşamı, 28 mart, 23:31
  • Baku Bakı 13°C

"Azərbaycan iqtisadi dayanıqlığına görə qabaqcıl ölkələrdəndir"

14.08.20 14:45 756
"Azərbaycan iqtisadi dayanıqlığına görə qabaqcıl ölkələrdəndir"
"Latviyada azərbaycanlıların fəallığı son vaxtlar artıb. Ümumiyyətlə, Latviya ilə Azərbaycan arasında əlaqələr sıx tarixi köklərə bağlıdır ki, bu da xalqlarımız arasında inteqrasiya amillərini möhkəmləndirir”.
Bunu "Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı,"Saskana"Sosial Demokrat Partiyasının sədriYanis Urbanoviçbildirib.
O qeyd edib ki, artıq ictimai tədbirlər ilə yanaşı siyasi proseslərdə də ölkədə yaşayan azərbaycanlılar Latviyacəmiyyətinin fəal üzvlərindəndir:
"Bizim partiyanın hər seçkidə, o cümlədən bu ay Riqa Dumasına keçiriləcək seçkilərdə azərbaycanlı namizədimiz yer alır”.
Deputat bildirib ki, Azərbaycan Latviya üçün hər zaman maraqlı tərəfdaşdır və bu günü gündən inkişaf edir:
"Bizim parlamentlərarası əlaqələr üzrə fəal işçi qruplarımız var. Azərbaycanlı həmkarlarımızla daim təmasdayıq. Azərbaycan Avropa İttifaqı üçün də etibarlı tərəfdaşdır”.
Y. Urbanoviç həmçinin bildirib ki, hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ölkələri sınaq qarşısında qoyub və Azərbaycan bu sınaqdan uğurla keçə bilən ölkələrdəndir:
"Biz statistikanı hər gün izləyirik. Avropada bu virus çox fəsad törətdi. İstər xəstələrin sayına, istərsə də iqtisadi zərbəsinə görə ağır nəticələr müşahidə edirik. Müşahidələrimiz onu göstərir ki, Azərbaycan həm iqtisadi dayanıqlığına, həm də virusla bağlı az itki sayına görə öndə gedən ölkələrdəndir”, -deputat əlavə edib.
banner

Oxşar Xəbərlər