• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir

18.01.20 14:26 1100
Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir
Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Radio France Internationale” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, əməkdaşlıq üçün imkanlar mövcuddur:"Avropada qaza tələbat artır və Azərbaycan qaz tədarükünə öz töhfəsi ilə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir, eləcə də öz iqtisadi inkişafına xidmət edir. Bu, qarşılıqlı səmərəli əməkdaşlıqdır”.
H.Hacıyev əlavə edib ki, Azərbaycan 40 milyard dollar dəyərində "Cənub Qaz Dəhlizi”ni reallaşdırır və bunun vasitəsilə Azərbaycan qazı Xəzər dənizindən Avropaya çatdırılacaq:"Bu dəhlizin marşrutu boyunca yeni iş yerləri yaradırıq, çiçəklənmə və əməkdaşlığı təmin edirik. Xəzər dənizindən Adriatik dənizinədək müxtəlif ölkələrdə 50 min yeni iş yeri yaradılıb. "Cənub Qaz Dəhlizi” alternativ enerhi ehtiyatı mənbəyi və alternativ enerji təchizatı marşrutudur”.
O xatırladıb ki, Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlayıb:"19-cu əsrin ortalarında Rusiya imperiyası dövründə Azərbaycanda ilk neft quyusu qazılmışdı və o gündən bəri Azərbaycan beynəlxalq bazarlara neft tədarük edir. Bu il biz nasizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Azərbaycan nefti İkinci Dünya müharibəsində nasizmlə mübarizədə həlledici rol oynayıb. Təsəvvür edin ki, Sovet ordusunda istifadə olunan neftin 75 faizi Bakıdan tədarük olunub”.

banner

Oxşar Xəbərlər