• cümə axşamı, 28 mart, 13:10
  • Baku Bakı 16°C

"Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"

27.02.20 12:45 980
"Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"
"Azərbaycan Dəmir Yolları” QSC-nin İtaliyanın"I.M.A. Project Financing S.R.L.” şirkəti ilə bağladığı müqaviləAzərbaycan ərazisi ilədaşınan beynəlxalq yüklərin həcmini artıracaq".
Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspertVüqar Bayramovmüqavilənin əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan İtaliya ilə təkcə neft deyil, həm dəqeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır: "Çünki İtaliya bir sıra sahələrdə, o cümlədəntexnologiyalar üzrə müqayisəli üstünlüyə malikdir. Bu ölkədədəmir yolu nəqliyyatı daxil olmaqla, logistik və nəqliyyat xidmətləri kifayət qədər inkişaf edib. Bu baxımdan Azərbaycan və İtaliya şirkətləriarasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlığının satın alınması barədə müqavilə İtaliya texnologiyasının, innovasiyasının Azərbaycanın dəmir yollarına ötürülməsi deməkdir. Yəni, İtaliya təcrübəsi əsasındadəmir yolu təsərrüfatının,parkının yenilənməsi nəzərdə tutulur, bu isə dolayısı iləölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına xidmət edir".
V.Bayramov qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildikdən sonra regionda yükdaşımalar üçün əhəmiyyətli nəqliyyat növlərindən birinə çevrilib: "İtaliya həm də Azərbaycanla logistik sahədə əməkdaşlığı gücləndirmək, Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcminiartırmaq niyyətindədir. Azərbaycanda dəmir yolu sisteminin beynəlxalq standartlara uyğun olaraq formalaşması buna imkan verir və ölkəmizinyükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxa bilər".
Xatırladaq ki, bu günlərdəPrezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan-İtaliya sənədləri mübadilə edilib. Bunlardan birini də"Azərbaycan Dəmir Yolları”nın sədriCavid Qurbanov və İtaliyanın "I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli həyata keçirib.
2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1%, o cümlədən BTQ ilə daşımalar 42% artıb.
banner

Oxşar Xəbərlər