• çərşənbə axşamı, 16 aprel, 20:45
  • Baku Bakı 18°C

Azərbaycan Beynəlxalq folklor festivalında təmsil olunacaq

03.08.13 10:02 1330
Azərbaycan Beynəlxalq folklor festivalında təmsil olunacaq
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, builki festivalda ev sahibləri ilə bir sırada Serbiya, Braziliya, Gürcüstan, Panama, Polşa, Yunanıstan, İndoneziya, Kolumbiya, Çin və Fransadan gəlmiş musiqi və rəqs ansamblları çıxış edəcəklər.
Döndöş meriyasının dəvəti ilə qardaş şəhər Şuşanın mahnı və rəqs ansamblı bu mötəbər musiqi festivalında ölkəmizi təmsil edəcək. 25 nəfərdən ibarət ansambl üzvləri festival proqramlarında və qala-konsertdə çıxış etməklə yanaşı, Döndöş və Budapeştdə də konsertlər verməyi planlaşdırır. Eyni zamanda, onların iştirakı ilə avqustun 10-da Döndöşdə "Azərbaycan gecəsi" keçiriləcək.
Qardaş şəhərlər kimi Şuşa və Döndöş il ərzində bir sıra digər mədəni proqramları da hazırlayıb həyata keçirmək niyyətindədirlər.
banner

Oxşar Xəbərlər