"Aydın Süleymanlının qalib olması qürür hissi yaşadır"

Siyasət
13 Oktyabr 2019, 12:10 131
Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər.
 
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram"-dakı rəsmi səhifəsində qeyd edilir.
 
Paylaşımda deyilir: "Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"