• cümə axşamı, 28 mart, 13:48
  • Baku Bakı 16°C

ATƏT PA-nın sədri: Ermənistan baş nazirinin bəyanatı danışıqlar prosesinin gedişinə zərbə vurur

10.09.19 16:44 537
ATƏT PA-nın sədri: Ermənistan baş nazirinin bəyanatı danışıqlar prosesinin gedişinə zərbə vurur
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ilə bağlı səsləndirdiyi bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur.
AZƏRTACxəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədri Giorgi Tsereteli söyləyib.
ATƏT PA-nın sədri deyib: "Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesinə zərbə vurur. ATƏT məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın diqqət mərkəzindədir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik".
Onun sözlərinə görə, münaqişənin ədalətli həllinə nail olmaq üçün fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür.
banner

Oxşar Xəbərlər