• şənbə, 20 Aprel, 01:44
  • Baku Bakı 15°C

AŞPA deputatları məcburi köçkünlərlə görüşüblər

15.03.17 20:39 627
AŞPA deputatları məcburi köçkünlərlə görüşüblər
Bu günAvropa ŞurasıParlament Assambleyası (AŞPA) deputatlarından ibarət nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəZəngilanrayon İcra Hakimiyyətinin başçısıRamiz Həsənovdiqqətə çatdırıblar ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

G. Fərhadov deyib ki, daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində 95 müasir tipli qəsəbə salınıb.

SonraAŞPAdeputatları məhəllədəki 540 şagird yerlik 33 saylıZəngilanrayon tam orta məktəbində, 280 yerlik uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub, məktəbin həyətində pedaqoji kollektivin üzvləri ilə görüşərək fikir mübadiləsi aparıblar.

AŞPAdeputatları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruri olduğunu bildiriblər.
banner

Oxşar Xəbərlər