• cümə, 29 Mart, 14:29
  • Baku Bakı 14°C

Asiya Siyasi Partiyalarının birgə əməkdaşlığı regionun gələcək inkişafına töhfədir

08.09.19 14:40 754
Asiya Siyasi Partiyalarının birgə əməkdaşlığı regionun gələcək inkişafına töhfədir
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının himayəsilə "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib. Dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda bütövlükdə Asiyada fəaliyyət göstərən partiyalar bir araya gələrək, regionun bugünkü reallıqlarını müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçıblər.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.
Millət vəkilinin sözlərinə görə, konfransda təmsil etdikləri dövlətin siyasətinə təsir etmək gücündə olan partiyaların nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, ölkələri narahat edən problemlər üzərində diskussiyaların aparılması 2030-cü ilədək Dayanıqlı İnkişaf Gündəminə, regionun gələcək inkişafına yeni bir töhfədir.
N.Həmzəyev qeyd edib ki, konfransda xüsusi ilə Asiya ölkələrində demokratik inkişaf proseslərində qadınların və gənclərin oynadığı roldan bəhs edilməsi, onların birgə fəaliyyətində yeni əməkdaşlıqların yaranmasına təkan olacaq:"Dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı dövlət proqramları, sosial və iqtisadi layihələri ilə dünya ölkələrinə örnək olan Azərbaycan gənclər siyasətinin həyata keçirilməsində, qadınların səlahiyyətlərinin genişləndirilməsində dünya ölkələrinə hər zaman nümunə olub.
İnanırıq ki, demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində böyük rolu olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində müasir inkişafın Azərbaycan modeli də maraqlı olacaq, Azərbaycanda həyata keçirilən gənclər siyasəti, qadın hərəkatı diqqət mərkəzində olacaq".
banner

Oxşar Xəbərlər