Arif Məlikovun 80 illiyi qeyd olunacaq

Arif Məlikovun 80 illiyi qeyd olunacaq

Mədəniyyət
11 Oktyabr 2013, 11:50 990
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, bəstəkar Arif Məlikovun 80 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi yubiley gecəsində görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat veriləcək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək.

Orkestrin bədii rəhbər və baş dirijoru xalq artisti Rauf Abdullayevdir.